Kəşf etdiyim şair, nasir - yazdı  Tofiq Əmrahov 
 

YAZARLAR 19:54 / 07.04.2025 Baxış sayı: 5005

 

 

-Təvazökarlıq!-İnsanın ən gözəl xüsusiyyətlərindən biridir. Təəssüf ki, bu xüsusiyyət ifrat dərəcəyə qalxır. Bir çox hallarda isə faydası olmur. Bu mənada "kəşf etdiyim şair, nasir" kimi xaraktürizə etdiyim İmam Cəmilli bariz nümunədir. Mənə hədiyyə etdiyi üş kitab qarşımdadır. Onlardan biri "Özüm Vətən, sözüm "Ana" şerlər kitabıdır, " Yaddaşlmın ağrıları" və "Seçilmiş əsərləri" nəsr əsərləridir. Məncə onun arxivində çap olunmuş və olunmamış hələ neçə-neçə kitabları var.Hələ neçə-neçə toxum kumi to rpağa səpilməyə hazır olan neçə- neçə hazır kitabı cücərmək ümidi ilə münbit mühit gözləyir. "Münbit mühit" dedikdə xeyirxah sponsorların, insaflı naşirədək keçən yolda rast gəlinən bütün abu-havanı nəzərdə tuturam.

Gənclik illərində yazıb, yaratdıqları, bütöv arxivi də əfsuslar olsun ki, Kəlbəcərdə, doğma kəndi Cəmillidə qalıb, düşmən əlinə keçərək talan edilib. Təəssüf doğuran odur ki, onun xəzinəsinin insanlardan fərqli olaraq öz yerində qalması deyil, məhv olmasıdır.

-Bax, beləcə başlayır İmam Cəmillinin köçkünlük həyatı

Qərib fağır olar, həmdə ki, kövrək

Həsrətin içində sızlayır ürək!!!

Bu qürbət ellərdə candan bezərək,

Oğrun-oğrun Kəlbəcəri axtarır.-

-...

Əskər paltarı geydi İmam Cəmilli. Düşmənə nifrəti onu Əfqanıstana belə aparıb çıxartdı. Döyüşdü, vuruşdu, yaralandı. Bədənində qəlpələr gəzdirir İmam Cəmilli!

-O, yaraların ağrılarını mən də çəkirəm, mən də sızlayıram İmam Cəmilli kimi. Silahı, süngünü qələmlə əvəz etdi Şair qardaşım. O, ağrılı günləri, düşmənə nifrətini şerlərə çevirdi, kitablara köçürdü İmam Cəmilli!

Mənə dərddir bu dünyanın kələyi,

Dəlidağın, İsti-Suyun diləyi

Orda qalıb Cəmillinin ürəyi,

Öz elimə şəhadətə gəlmişəm

Deyir şair qardaşım.

İndi dərddən uzaqdır şair İmam Cəmilli!

Artıq Kəlbəcər də özümüzünküdür, bütöv Qarabağda. Elə İmam Cəmillinin Cəmillisi də.

İnsan var yaxşı günün, insan var çətin günün dostudur. İnsan da var xoş günündə sevincinə qüruru ilə, dar gününə kədəri ilə qonaq gələr İmam Cəmilli kimi

Sənə ağır olmasın deyə dərdini daşıya bilməsə də çiyinlərindən çiyinlərinə götürər, şad günündə də fərəh qatıb çoxaldar xoşbəxtliyini elə İmam Cəmilli kimi!

Kölgən də səndən yorulanda Günəşin işığında yoxa çıxar, amma belə dost hər an varlığı ilə səni daha güclü edər. Danışmadan anlayar halını, qəlbinin harayını. Arxan, dayağın varlığlnın bir parçası olar! Su çiləyər həyatdan yorulmuş düşüncələrinə. Səbr qatar ömrün həsrəti səni xatirələrdə boğanda.

- Baxın, belə dostdur mənim silah yoldaşım, döyüşçü qardaşım İmam Cəmilli!

- Uğurlar qardaşım, uğurlar!