Ələddin Əzimli : - UÇUŞ
Ş. Xanhüseynə
Sıçradın
Bir metr...
Yüz metr...
Daha çox ucalıqdan,
bir dağın quçağından.
İşə bax,
uçuşun nə uzun oldu?
Düşdün Arana,
səni sevənlərin yanına.
Gördüm səni,
yaxından tanıdım səni.
Hərfbəhərf, sözbəsöz oxudum səni.
Hələ çox oxuyacağam
hər təzə sözünü,
yeni şeirini və özünü.
Tutdun əllərimdən,
öyrətmək istədin mənə
sıçrayışı da.
...Gün keçdi, il ötdü
bu bir etiraf,
həm də ümiddir,
şair...
07. 01. 2025