Arzu ƏSƏDDƏN GÜNÜN SUALI

HÜQUQ 15:01 / 08.01.2025 Baxış sayı: 424

Bu ölkənin müxalifətçisi öz siyasi dünyagörüşü, əqidəsi istiqamətində daxili siyasi mübarizəsini,əlbəttə ki, aparmalı, ancaq farsın, erməninin iti bu ölkənin rəhbərinin ünvanına həqarət deyəndə o itin hürməsinə laqeyd qalmamalı, cavabını verməlidir.

Özünü şiə sayan, İmam Hüseyn tərəfdarları, Şah İsmayıl nəvələri də İranı müasir Yezid rejiminə çevirən bu din istismarçılarına açıq lənətlərini bildirməlidirlər.

Azərbaycan, xüsusilə də, şiə məscidlərinin axundları sosial şəbəkələrdə sənət adamlarından, bloqerlərdən daha məhşurdurlar.Hər mövzuya müdaxilə edirlər,..

İndi niyə səslərini udublar?

Hanı o İmam Hüseyn şücaəti?

Elə lafda, sözdə, min dörd yüz il əvvəldəki Yezidə qarşıdırmı?

Gözünüzün qabağında, burnunuzun ucunda vətəni, torpaqlarımızı işğaldan azad edən, bu xalqın mənliyini, ləyaqətini, erməni daşnakların donuz bağladığı məscidlərini özünə qaytaran liderə bir atası məlum olmayan İran mollası dil uzadır, siz susursunuz.

Görəsən mərhum Hacı Şahin sağ olsa idi, o da susardımı