Bəhruz Niftəliyev : - Bağlı pəncərələrin

Ədəbiyyat 09:35 / 08.01.2025 Baxış sayı: 413

Bağlı pəncərələrin

Abrın örtər pərdələr

Ləkəsi bilinməz.

Yetim duyğuların ağlayanı olmaz,

tikəsi bilinməz.

Boş ev daş ürək kimidi, yiyəsi bilinməz.

Halbuki keçəni olub,

İçindən ötəni olub,

İçndə öləni olub….

Niyəsi bilinməz!

Halbuki titrəyərdim nəfəsindən,

Bir ətrindən, bir səsindən

Asılı qalardım.

Halbuki sözlərində tapıb özümü,

Gözlərində fəsli arardım.

İndi bu yazıq könlümün nəşəsi bilinməz!

Nə izi, nə tozu- nəsnəsi bilinməz!

Nə səni …

Nə məni…

Çox demirəm

-Bir udumluq,

Bir doyumluq təşnəsi bilinməz!

Bəzi duyğular elə boğular ki dostum, təknəsi bilinməz!

Sonra günah seldə olur, suda olur!

Halbuki….

Sonda günah süsdə olur, “SUS!”da olur!

Diqtəsi bilinməz!

07.01.2025

22:59