Kəramət : - YENİLMƏZ GÜC

YAZARLAR, Gündəm 09:00 / 08.01.2025 Baxış sayı: 478

 

SÖZÜN-ÜZÜN NURU

...nurun daşıyıcısını basdıra, sürgün edə, qova bilərsən, amma heç zaman-məkan o NURA gücün yetməz, yetməyib də..o İŞIQ BƏŞƏRİ ikiayaqlılıqdan qurtaran yenilməz gücdür. Sən çoxsan qaranlığınla, bir otaq, bir məmmləkət, lap dünya boydasan....bir çınqı, bir şam, bir şüa bəs edər...bəs edər ki, qaranlıqları basdırsın, üzə çıxsın, eynən günəş şüasını basdıra bilmirsən, gücsüz, misginsən, o qədər ki, nə ilə mübarizə apardığını bilməyən eşşəkdən də betər.

O Nur-Səs-Ritm-İcad dünyada var, özümüzlə gətiimirik ki, kimsə bizdən ala, əvvəl də var, sonra da var olacaq....

Dostum-Müəllimim dünyaca ünlü Füzulişünasla-Sabir Əliyevlə söhbət edəndə, əsasən, sual verən tərəfdim...deyirdi ki, özümdən də deməsəm olmaz, rəhmətliyin sözü olsun-olmasın, bu məqamda özümdən deməsəm olmaz: 1983-4 ildə bir həcmli şeir yazmışdım-"KEÇMİŞDƏN GƏLƏN SƏS" (QƏDİR RÜSTƏMOVA YAZMIŞDIM, ONDA QƏDİR KİŞİ HAQQINDA YAZILAR BARMAQLA sayılacaq qədərdi, hardasa, sonra 1990-da ilk kitabımda gedib) ....orda,

-O SƏS

havadaymış, sudaymış

səndən öncə dünyadaymış

O SƏS səni tapıb

Sən də o Səsi.,

-yazmışam , indi xatırladım...ona görə O Nur daşıyıcıları biri-birini tanıyır, axı fizikən azdılar və dünyanı işıqlandırırlar, amma hamı-çoxluq işıqdan qorxur və həmişə onu daşlayır-dışlayır, qapısını qapadır, amma o şüa süzülüb düşür o qaranlğa, QARANLIQ ÇİÇƏKLƏYİR...

HƏ...Dünyaya-qaranlığına qar danələri, yağış damlaları, şüa dilim-dilim, halqavari yağır ki, biri-birimizi görək...görək ki, biri-birimizə ötürək..estafet kimi o nuru...

SƏNİ ZAMAN QOVDU, MƏKAN DIŞLADI

ATMADIN O MİRAS-O NURLU DAŞI

SƏNİ HARDA GÖRDÜM, HARADA İTİRDİM

XOŞ GÖRDÜK, ƏLVİDA ƏHLİKEF KİŞİ.