Kəramət : - BİR TİPLİ,RƏNGLİ,CİNSLİ

YAZARLAR 16:06 / 01.04.2024 Baxış sayı: 1008

 

...baxışlı kimsələr özündən başqa kimsəni qəbul etməz və ya yalançı peyğəmbər, hoqqabaz olar. Çünkü, fundamental bilgisi toxdur. Yəni, bildiyiniz hər şeydən bir az..iqtisad doktorudu, astroloqdu və nəyin, alimisə də nəyin, ustasısa da nə-kim olduğu bilinməz... Hakimiyyəti bu hərşeylər çökəldir, bu-lar işgüzardılar, hardan girib hardan çıxmağı bilirlər, bu zibillər DİRİLƏRİ MANYAKCASINA YEYƏRLƏR; canlı ədəbiyyatı, mütəxəssisləri, bacarıqlıları, siması olanları və s...ölü mühit yaratmaqla mükəlləfdilər, axırı partlayıcı faciə.

Sözüm onda deyil, rəngarəng talelər, adamlar mənim tədqiqat obyektimdi; 5 ölkədə yox 15 ölkədə olmaq istərdim.

AZƏRBAYCANI ONA GÖRƏ BÜTÖV SEVDİM Kİ-DƏRK ELƏDİM Kİ, TARI, SAZI RUHUMA HOPDURA BİLDİM, İRƏVANDA HAKİM RUHUMU YAŞADIM, , TİFLİSDƏ AXUNDOVUN QƏBRİNİ ZİYARƏT ETDİM, ŞUŞADA VAQİFİN, NATƏVANIN İZLƏRİNƏ SALAM VERDİM, CIDIR DÜZÜNDƏ ÇöRƏK YEDİM,, "Gəlin qayası" üstündə dayanıb yarğana xeyli baxdım, ŞAMAXIDA SABİRİN, SEYYİD ƏZİMİN RUHUNA SALAVAT ÇEVİRDİM, GƏNCƏDƏ NİZAMİNİ SALAMLADIQDAN SONRA...

Cavad xanın qürurunu daşıdım, HADİNİN BU KÖRPÜNÜN ALTINDA ÖLDÜYÜNÜ (GƏNCƏÇAY-GƏNCƏ DRAM-TEATRININ YANINDAKI KÖRPÜ) EŞİDƏNDƏ ÜRPƏNDİM , ARANINI-DAĞINI QARIŞ-QARIŞ, SÖZ-SÖZ TANIDIm, bütövləşdim. Amma çox azdı, dünyayla bütövləşmək gərək ...