Kəramət : - BİR DƏ DE...GÖRÜM Kİ, SƏN NƏ DEYİRSƏN

Ədəbiyyat 09:47 / 23.09.2022 Baxış sayı: 1713

 

Necə yaxşı olar arxadan vursan

əlacsız çağımda atsan-unutsan.

yalandan-palandan üzümə dursan

nələrə layiqəm, mənə tanıtsan.

 

axırın əvvələ daşı bu işin

göz yaşı-mözyaşı tökən deyiləm

bir yoldan keçənin qoluna girib

yoluna çıxaram, "salam" deyərəm.

 

şahmat taxtasında dəyişir hərşey

Tövratı, incili, Quranı tapda.

bu adam cildini son dəb kimi gey

özünün-sözünün üstündən atlan.

 

Ərzaq dükanında kitab satılır

iki kilo ətdən baha deyilsən.

dünənki tər çiçək bugün atılır

unutdum..

deyəsən, nəsə deyirsən.