Qalib Şəfahət : - DÜNYANIN YAŞIL DƏRDİ 

Ədəbiyyat 13:32 / 23.04.2024 Baxış sayı: 2377

Dərd
gül stili kimidir, 
əkmişəm gözlərimə. 
Susuz qalmasın,
hərdən,
göz yaşı axıdıram dibinə.
Kokü 
yaş qalsın deyə.
Pöhrələnir,
yaşıl qalır, 
rəngini saxlayır üstundə. 
Dünyanın yaşıl dərdini, 
mən çəkirəm gözümdə.