"SON SÖZÜM BUDUR Kİ, SON SÖZÜM YOXDUR"

YAZARLAR 09:43 / 24.04.2024 Baxış sayı: 1379

 

Cənubda həmişə yağışlar yağr-şıdırğı, aramla, çisgin: hamısı da fikirli, bir az küsgün, dalqın-hər halda mənə belə gəlir. London çisgini bizim Cənub çisgininin yanında heç nədi, çünki onda məna yox, ya da mən mənalandıra bilmirəm.

Dəfn mərasimi, islaq torpaq (soyuq bir gizilti keçir bədənimdən-ölülər üşüyür indi, yəqin), mollanın səsi, adamların hər birinin əlində qara çətir-şəmsiyyə, bütün qəbristanı örtmüş kimi yamaq-yamaq qara çadır. Yas yiyəsi özü də hiss etmədən, -yağış kəssəydi..molla qurtarsaydı, -pıçıldayır öz-özünə, ya sadəcə mən eşidirəm yağış hopmuş kədəri

--İndi ölüyə ağlayan yoxdur, hamı ölü yiyəsinin halına ağlayır,-I xatırlayıram. "Niyə?"sini soruşmağa belə ehtiyac duyulmayan vəziyyət, hal...xərc-borc, nə edəcəyəm, necə edəcəyəm.

"Yabançı" (A. Kamyu) qəhrəmanının başlığa çıxardığım son sözü....

Bayıl müvəqqəti saxlama təcridxanasındakı BİRi-nə qızı sovqat-konfet göndərmişdi. Konfet kağızına bir barmaq məktub bükülmüşdü" "Sən istəsən çıxa bilərsən, ata." O, BİR-i, doğrudan da sabahkı məhkəmədə "aç-burax" oldu. Onda çiləpə qar yağırdı.

....İSTƏSƏN...ÖLMƏYƏ BİLƏRSƏN