Əskiparaya gedən yol açıldı - Video

Gündəm 06:45 / 25.04.2024 Baxış sayı: 1171

 

Ermənistanın Qazax rayonunun Əskipara kəndinə gedən yolda işğal vaxtı qazdığı səngərlər torpaqla doldurulub və maneələr aradan qaldırılıb.

Yenises.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, aprelin 23-də Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılıb. Hər iki ölkənin ekspert qrupu Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesini həyata keçirir.

 


 Teleqraf.com