Əbülfət Mədətoğlu : - Gecə əridikcə...

Ədəbiyyat 08:10 / 22.04.2024 Baxış sayı: 3416

 

 

Gecə əridikcə dan yaxınlaşır,

Qısalır məsafə, qısalır zaman...

Elə tələsirsən, sən, yağın daşır ?! -

Ay ürək, səbirsiz olmusan yaman!..

 

Bax, gözün kökü də, səssiz göynəyir

Elə bil, yır-yığış eləyir gecə...

Açıq hiss olunur, aşkar kövrəlir -

Ayaq səslərinçün darıxan küçə...

 

İşığa boylanır sısqa bir ümid

Sonuncu cəhd ilə sıxıb dişini.

Üzümə səhər aç, ümidi kirit -

Yuyum gül şehiylə gözün şişini!..