Adilə Səfərova : - Düşüncələr.....

Ədəbiyyat 22:58 / 23.04.2024 Baxış sayı: 2765

 

Niyə ruhum didərgindi?

gah havada, gah yerdədi..

Ümidimə.ümid qatan xəyallarım

çoxdan köçüb bu dünyadan

pəjmürdədi....

Hey yanıram bir şam kimi

İçimdə odlar qalanır..

Gözlərimin önündəcə

ömrüm dərdlə ortaq olur,

Küsürəm bu dünyadan

niyə mənə sərt davranır?

niyə zalim insanlara

qucaq açır,

sonsuz sevgi yağışına boy atdırır?

Üzülürəm, düşüncələr girdabında..

. Tanrım nolar götür məni, götür məni ...

uzaq elə, məkanlara..

Orda yalnız bahar olsun,

çiçəklərin rayihəsi

ovsunlasın ürəyimi,

Yazım belə, yazım eldən..

Nağıl kimi həyatımı

yuxu kimi görüm təzdən...

Reallığı istəmirəm...

acıları, nisgilləri betər.olur..

Axı nağıl kimi həyat özü də şirin olur...

Şirinliyi istəyirəm,

səmimiyyət kölgəsində gülsün həyat...

Layla çalan nənələrə

nənni quran analara

yaxın olsun şerim, sözüm...

Bəlkə onda bərk dayanıb,

həyatıma bir yol çözüm..