Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı

SİYASƏT 07:05 / 25.04.2024 Baxış sayı: 1385

Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.

Yenises.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında söyləyib.

Qırğızıstan Prezidenti əlavə edib: “Sabah bu məktəbin təməlini qoymağı planlaşdırırıq”.