Əbülfət Mədətoğlu : - Yenə sancaqlamışam...
***
Yenə sancaqlamışam
gözlərimi buluda...
Xəyal həddin aşmışam -
bu sonuncu umudla...
Bəlkə yağdı o bulud
çətir oldum bir anlıq...
Dil tökdüm o buluda -
Hər an mən bir Quranlıq!..
Heydən düşən ruhumla,
"bəlkə" yazıb ... baxıram...
Dünən gördüm yuxumda -
ulduz kimi axıram...