Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

Gündəm 14:42 / 26.04.2024 Baxış sayı: 2812

Tavuş və Qazax sektorunda sərhədin demarkasiyası prosesi texniki cəhətdən başa çatıb.

Yenises.az xəbər verir ki, bu barədə Ermənistan Parlamenti Müdafiə Komitəsinin sədri Armen Xaçatryan açıqlayıb. 

"Texniki cəhətdən tamamlanıb, bu o deməkdir ki, Almatı bəyannaməsinə əsasən Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə qeydə alınıb və bir daha təsdiqlənib. Başqa sözlə, bu sütunlar Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhəd-keçid məntəqələrində quraşdırılıb", - Xaçatryan qeyd edib.