Kəmaləddin Qədim : - GÖRMƏDİ

Ədəbiyyat 08:46 / 06.08.2025 Baxış sayı: 2183

 

 

Aldı zaman, vaxt-çapar

tərkə, məni görmədi.

Çevrildim qarşısında

görkə, məni görmədi.

Gətirmədi yel məni,

Nə daşqın, nə sel məni.

Doğulduğum el məni,

bölgə məni görmədi.

Vallah, deyildim mayıl,

Gəl, tanın, seçil, sayıl...

Dedim şəhər-əzrayıl

bəlkə məni görmədi...

Susdum, düşdüm günnükdən,

Dindim, çıxdım dinnikdən.

Bu qap-qara tünnükdən

ölkə məni görmədi...