Kəmalə Abiyeva - SƏNDƏN SONRA

Ədəbiyyat 19:46 / 07.08.2025 Baxış sayı: 6697

 

Məndən sonra nə gələcək başına,

Məndən sonra nə olacaq, bilmirəm.

Məndən sonra kim çıxacaq qarşına

Taleyinə kim düşəcək, bilmirəm...

 

Mən bilməzdim sevmək belə əzabmış,

Bu sevgiyə baxtsız deyən tapıldı.

Mən bilməzdim sevmək belə günahmış

Bu sevgiyə vaxtsız deyən tapıldı.

 

Səndən sonra açacaqmı çiçəklər?

Səndən sonra əsəcəkmi küləklər?

Səndən sonra nə qalacaq ürəkdə?

Səndən sonra nə olacaq, bilmirəm...