Kəmalə Abiyeva : - Qurtuluş

Ədəbiyyat 08:56 / 04.08.2025 Baxış sayı: 2258

 

Boğ içindəki nifrəti,

Hələ nifrətdən

xoşbəxt olan olmayıb.

Uzaq ol xəyanətdən,

hələ xəyanətdən

Xoşbəxt olan olmayıb.

Xoşbəxt ola bilmədiyin nə varsa

Şeytan əməlidi.

Qurtul onlardan.

Xilas ol içindəki şeytandan.

Xilas ol ki, xoşbəxliyi duyasan

Xoşbəxt olasan.