Kamalə Abiyeva - Vətəni şəhid olan

Ədəbiyyat 08:25 / 20.01.2026 Baxış sayı: 1617

Bu ən dəhşətli gecələrdən biridir tariximizdə. Hamıya xoşbəxtlik arzulayıram. Amma bu gecə toy edənləri başa düşmürəm. Qınamayın məni

 

Vətəni şəhid olan

Oğullar şəhid olmur...

Biz bir də doğularıq,

Ölən Vətən doğulmur...

Vətən özü şəhidsə

Biz niyə şəhidik ki?..

Düşmən əlindədisə

kimin şəhidiyik ki?...

Şəhid yurdun, torpağın

şəhidi olmaq olmur,

igidi olmaq olmur.

Biz bir də doğularıq,

Vətən bir də doğulmur!!!

2002.