Kamalə Abiyeva : -  Məni bağışlama....

Ədəbiyyat 09:27 / 07.11.2024 Baxış sayı: 1871

 

Nə olsun qayıtdım, əlindən tutdum

Nə olsun ki sənə”bağışla” dedim.

bağışlama məni, qurbanın olum,

Məni bağışlama, qoy çıxım gedim.

 

Baxma sevgi dolu baxışlarınla,

Mən sənin dünyanı yıxıb getmişəm.

Sən həsrət qaldığın baxışlarıma

Özgə bir həsrəti yığıb getmişəm.

 

Sənin üzündəki qəmin izləri

mənim üzümdəki qəmdən dərindi.

Ağarmış saçların, nəmli gözlərin

Qatili olduğum ayın – ilindi.

Ömründə yer vermə, indi sən məni

ölən arzuların qoy arasına .

Mənim öz dünyam var qoy çıxım gedim,

gedim xəyalların xarabasına.

Bağışlama məni, başına dönüm,

Bir də bu yaralar köz bağlamaz ki.

qoy öz günahımın oduna yanım,

cəzam günahımdan ağır olmaz ki...

Ömrün baharı da qarlı qış oldu

Bir də o bahara dönə bilmərik.

Bağışlama məni, qurbanın olum,

biz xoşbəxt hekayə yaza bilmədik.