İSMAYIL MƏRCANLI İMANZAƏ : - BAĞIŞLA MƏNİ
(Bir vaxtlar dəlicəsinə sevdiyim bir qızın ruhuna xitabən yazdığım şeir)
Bir eşqə qatdım haram,
Qaysaq bağlamır yaram.
Qarşında günahkaram -
Gülüm, bağışla məni!
Güvənmədim özümə,
Kölgə düşdü gözümə...
Üz bağlayıb üzümə -
Gəlim, bağışla məni!
Qaçdı ağzımın dadı,
Sevə bilmədim yadı...
Sənsiz qabar bağladı -
Dilim, bağışla məni!
Üzrümü sanma ayıb,
Fələk saydığın sayıb...
Qəbrini qucaqlayıb -
Ölüm... bağışla məni!
10.01.2025