İSMAYIL MƏRCANLI İMANZADƏ : - QORU
İnsan yüngül olsa, hörmətdən düşər,
Həsrətdən, kədərdən saça dən düşər.
Mətləb uzananda qiymətdən düşər,
Kəlməni uca tut, sözünü qoru!
İstəyə möhtacdır, adicə daş da,
Şeytan yuva qurar ağılsız başda.
İşığı azalsa zülməti başlar,
Qoyma nurdan düşə, gözünü qoru!
Söykə kürəyini obaya-elə,
Bir də düşməyəcək bu çağıar ələ.
İsmayıl, düşmənin ölməyib hələ,
Namərd adamlardan özünü qoru!