İSMAYIL MƏRCANLI İMANZADƏ : - DOĞULURUQ... ÖLÜRÜK...

Ədəbiyyat 08:25 / 04.02.2025 Baxış sayı: 796

 

 

Axı, adam dünyaya

Könüllü gəlməyib ki

Elə öz xoşuyla da

Bir gün “gedər-gəlməz”ə

Üzünü tutub getsin...

Yəqin, buna görə də

Çoxları ömrü boyu

“Dirilik suyu” gəzib

Tapmayanda, heç zaman

Anlamır ki nə etsin!..

Ağlı-qaralı dünya

Həm sevincdir, həm kədər!

Müəmmalı-təzadlı,

Hər anı yel qanadlı

Günlər bələdçimizdir,

Əzəldən sona qədər!..

Nədənsə dərk etmirik

Axı, nəyin xətrinə

Doğuluruq görəsən,

Ömrün mənası nədir?

Bəlkə də bu dünyanı

Vaxtında “üzüsulu”

Tərk edib, gedək deyə

Ölüm sonuncu fürsət,

Bir şəksiz bəhanədir!..

28.01.2023