İSMAYIL MƏRCANLI İMANZADƏ : - ÇATMAYIB

Ədəbiyyat 18:13 / 07.04.2025 Baxış sayı: 4622

 

İllər boyu qarşımdan keçilməz sədd çəkdilər,

Bulandırıb dəhnəmi, arxı bənd-bənd çəkdilər.

Haqqımı tapdayanlar üstümdən xətt çəkdilər,

Bildim ki söz mülkünə töhfəm hələ çatmayıb.

 

Ağısız vaxtlarımda gəldim kiməsə hədə,

Görən buna görəmi qaldım çox vaxt kölgədə?

Hərdən özüm-özümə düşünürəm...bəlkə də

Haqq bildiyim məkana tövbəm hələ çatmayıb.

 

Ürəyimdə qorudum tüstülənən odumu,

Cəhd etdilər sındırıb qırsınlar inadımı.

Mələklər siyahıya yazsalar da adımı,

Allahla görüşməyə növbəm hələ çatmayıb...

06.04.2025