İNSANIN KAMİLLİK AXTARIŞI

YAZARLAR 12:00 / 22.03.2026 Baxış sayı: 215

 

İnsan bu dünyaya gəldiyi ilk gündən etibarən yalnız yaşamaq üçün deyil, həm də özünü tanımaq, mənasını anlamaq və kamilliyə doğru irəliləmək üçün yaşayır. Hər bir insanın daxilində görünməyən bir axtarış var və bu axtarışın adı kamillikdir. İnsan bəzən bunu hiss edir, bəzən isə sadəcə yaşayır və nəyi axtardığını anlamadan yoluna davam edir, lakin ruhun dərinliyində daim bir səsləniş olur: daha yaxşı ol, daha saf ol, daha doğru yaşa. Kamillik axtarışı insanın özünü dərk etməsi ilə başlayır, çünki insan əvvəlcə kim olduğunu anlamalıdır, sonra kim olmaq istədiyini müəyyən etməlidir. İnsan öz zəif cəhətlərini dərk etmədən güclü tərəflərini qura bilməz və səhvlərini qəbul etmədən doğru yolu tapa bilməz. Kamilliyə doğru gedən yol insanın daxilində başlayır və insanın vicdanı bu yolda ən böyük bələdçidir. Vicdan insanın daxilindəki səsdir və bu səs insanı doğru ilə yanlış arasında seçməyə məcbur edir. İnsan bəzən həyatın çətinlikləri qarşısında yorulur, bəzən də ədalətsizliklər onu ümidsizliyə aparır, lakin kamillik axtarışında olan insan heç vaxt ruhən məğlub olmur, çünki o bilir ki, kamillik asanlıqla əldə edilən bir zirvə deyil, uzun və çətin bir yolun nəticəsidir. İnsan kamilliyə yalnız biliklə çata bilməz, çünki bilik insanı ağıllı edə bilər, lakin kamil etmək üçün təkcə ağıl kifayət deyil. Kamil insan olmaq üçün mərhəmət, səbir, ədalət, dürüstlük və təmizlik lazımdır. İnsan bəzən çox şey bilir, lakin yenə də doğru yaşaya bilmir, çünki kamillik yalnız öyrənilən deyil, yaşanılan bir həqiqətdir. İnsan nə qədər çox həyatın içində olarsa, nə qədər çox insan tanıyarsa, nə qədər çox çətinlik görərsə, bir o qədər kamilliyə yaxınlaşır, çünki çətinlik insanın daxilini saflaşdırır. İnsan həyatın sınaqları ilə üzləşəndə özünü daha yaxşı tanıyır və bu tanıma onu daha güclü edir. Kamillik axtaran insan kin saxlamır, çünki o bilir ki, kin insanın ruhunu qaraldır və qaranlıq ruhda kamillik yaşaya bilməz. Kamillik axtaran insan bağışlamağı öyrənir, çünki bağışlamaq zəiflik deyil, ruhun gücüdür. İnsan bəzən özünü başqaları ilə müqayisə edir və bu müqayisə onu ya qürurlu edir, ya da məyus edir, lakin kamillik axtaran insan başqası ilə deyil, özü ilə yarışır. O dünənki halından daha yaxşı olmaq istəyir və bu istək onun həyatını mənalı edir. İnsan kamilliyə doğru gedərkən səhv edir, lakin səhv etmək kamilliyə mane deyil, səhvdən dərs almamaq kamilliyə mane olur. İnsan səhvlərini etiraf etdikcə daha saf olur və ruhən yüksəlir. Kamillik axtaran insan dünyaya yalnız öz gözü ilə baxmır, başqasının dərdini də hiss etməyi bacarır. Başqasının ağrısını hiss edən insan heç vaxt qəddar ola bilməz və mərhəmət insanın kamilliyə doğru ən böyük addımıdır. İnsan kamilliyi yalnız var-dövlətdə və ya şöhrətdə axtaranda onu tapa bilmir, çünki kamillik insanın daxilindədir, ruhunda gizlənir. İnsan öz daxilinə baxanda nə qədər qüsurlu olduğunu görür və bu görmə onu təkəbbürdən uzaqlaşdırır. Təvazökarlıq kamil insanın ən böyük xüsusiyyətidir, çünki kamil insan özünü heç vaxt mükəmməl saymır. O bilir ki, kamillik bir son nöqtə deyil, davam edən bir yolun adıdır. İnsan hər gün bir az daha yaxşı olmağa çalışdıqca kamilliyə yaxınlaşır və hər gün bir səhvini düzəltdikcə ruhu bir az daha saflaşır. İnsan başqalarına yaxşılıq etdikcə daxilində bir rahatlıq hiss edir və bu rahatlıq onun doğru yolda olduğunu göstərir. Kamillik axtaran insan yaxşılığı yalnız qarşılıq almaq üçün etmir, çünki o bilir ki, yaxşılıq insanın özünü ucaldır. İnsan kamillik yolunda irəlilədikcə daha çox susmağı öyrənir, çünki o anlayır ki, hər söz deyilən zaman dəyərini itirə bilər, lakin hər düşünülmüş söz insanı daha dəyərli edir. İnsan kamillik axtarışında öz qəlbini qorumağı öyrənir, çünki qəlbi saf olmayan insanın düşüncəsi də saf ola bilməz. İnsan dünyada nə qədər çox yaşasa da, kamilliyə tam çatdığını deyə bilməz, çünki kamillik insanın özünü daim inkişaf etdirməsi deməkdir. İnsan nə qədər çox öyrənirsə, bir o qədər çox bilmədiyini anlayır və bu anlayış onu daha təvazökar edir. Kamillik axtaran insan heç vaxt başqasını alçaltmır, çünki o bilir ki, insanı ucaldan başqasını alçaltmaq deyil, özünü düzəltməkdir. İnsan kamilliyə doğru gedərkən səbr etməyi öyrənir və səbir onun ruhunu gücləndirir. Səbir insanı tələsik qərarlardan qoruyur və insanı düşünərək yaşamağa öyrədir. İnsan kamilliyə doğru addımladıqca həyatın mənasını daha yaxşı anlayır və anlayır ki, insan bu dünyaya yalnız yaşamaq üçün deyil, iz qoymaq üçün gəlir. Bu iz var-dövlətlə deyil, yaxşılıqla, dürüstlüklə, sevgi ilə qalır. İnsan kamilliyə çatdıqca daha az danışır, daha çox anlayır və daha çox bağışlayır. İnsan kamilliyə doğru getdikcə qəlbi daha yüngül olur, çünki o artıq nifrəti və kinini daşımaq istəmir. İnsan kamillik axtarışında olan zaman həyatın ən çətin anlarında belə ümidsiz olmur, çünki o bilir ki, hər çətinlik insanı bir az daha böyüdür. İnsan kamillik axtarışında ruhunu qoruyur, çünki o bilir ki, ruhunu itirən insan heç vaxt kamil ola bilməz. İnsan nə qədər çox sevərsə, bir o qədər kamilləşər və nə qədər çox mərhəmətli olarsa, bir o qədər ucalər. İnsan kamillik axtarışında olan zaman başqasının xoşbəxtliyinə sevinməyi öyrənir və bu sevinmək onun daxilindəki qaranlığı işığa çevirir.

Nəticə olaraq insanın kamillik axtarışı bitməyən bir yoldur və bu yolun ən böyük həqiqəti insanın özünü dəyişməsi ilə başlayır. İnsan öz qəlbini saflaşdırdıqca, düşüncəsini düzəltdikcə və yaxşılıq etməyi həyatının mənasına çevirdikcə kamilliyə daha çox yaxınlaşır və ən böyük kamillik insanın insan qalmağı bacarmasıdır.

Sevil Azadqızı

22.03.2026