İKİ ŞEİR - Ağaevli Əli Hacıdan

Allaha hər şeyi demə,
demə yerdə adam ölür !
Haqqın ayağı tutulub
demə,dərdə adam ölür !
Bir az türkə-çarə elə,
ağrıyanda canın hərdən !
Yerin şirin düşməyibsə,
özün dur,çıx bu şəhərdən !
Olur da,büdrəyir ömür,
özgə,ya öz günahından !
Qaçıb bir kimsəyə demə,
qorxginən söz günahından !
Kisələ sözlə özünü,
gecədən ruhunu ötür !
Bu yoldu,aca bilərsən
yeməyə imanı götür !
Əllərindən tut dünyanın,
özgə yola çıxıb gedər !
Daş-qayaya toxunmasan,
su da,yolun axıb gedər !
Ustad,Şakir Xanhüseynoğluna !
Gecə,
çarpayımın bir addımlığında
dayanmışdı ölüm !
Alnıma yazılandan danışdı ölüm !
Bütün bədən əsir düşmüşdü,
içimdəki nəfəsimə !
Bir sakitlik hopmuşdu,
Soyuq dəyən səsimə !
Salam,
Vaxtsız gələn Mələk,salam
Vaxtsız yeməyin hazır !
Vaxtsız gəlməyinə,
Vaxtsız ölməyim hazır !
Ağrılı gözlərimdən,
Bir tikə çörək üçün əyilməyən dizlərimdən,
Bir olan üzümdən baxdı mənə,
O,da dərd kimi yıxıldı mənə !
Getdi gecəylə,
Günümün sayqacını yoxlamağa gəlibmiş,
Görüb ki,vaxta qalır !
Neynəsin,
Sayqaclara da əlimiz dəyir,
Əlimiz üzümüzü aldadır !