Həzi Həsənli : - Gördüm Xarıbülbülü...

Ədəbiyyat 07:51 / 13.06.2024 Baxış sayı: 1152

Yuxuma girdin yenə,

Yuxuda gördüm yenə,

Gördüm Xarıbülbülü,

Qoxlayıb dərdim yenə.

 

O dağı-daşı gördüm,

Şəhid qardaşı gördüm,

Qələbə müjdəsilə...

Sevinc göz yaşı gördüm.

 

Ay yuxumun sovqatı-

Könlümün xoş ovqatı,

Elə gözəl göründü

Şuşamızın büsatı!..

12.06.2024