Həzi Həsənli : - Dördlüklər

Ədəbiyyat 08:43 / 11.07.2024 Baxış sayı: 1470

Elə ki yazıram ilk misraları,

Könlüm qanad açır ölkəmə sarı.

Qürbətdə mən sizə səcdə edirəm,

Ay Vətən dağları, Vətən dağları!.

 

            ***

Diyar- diyar dolanaram, bezmərəm,

Vətənimdən doğma diyar gəzmərəm,

Vətənimsiz döyünməyir ürəyim,

Vətənimin həsrətinə dözmərəm...

09.07.2024

Yad eldə, yad dildə min səfərdəyəm,

Gündə bir ölkədə, bir şəhərdəyəm.

Yazıram könlünün hekayətini,

Sən Allah, az eylə şıkayətini...

10.07.2024