Hərbi qulluqçumuz itkin düşdü

HÜQUQ 09:10 / 10.06.2024 Baxış sayı: 1922

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bu barədə  Yenises.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.