Deputat bu şəxslərin də əfv olunmasını təklif edib

HÜQUQ 12:11 / 20.12.2024 Baxış sayı: 562

“Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiyaları əldə etmək haqqında qanun qəbul etməyi təklif edirəm”.

Yenises.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub: 

“Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”, - deyə deputat bildirib.