Haqqın var yaşamağə, Məmməd Araz! - Sona Vəliyeva yazır

YAZARLAR 08:03 / 14.10.2024 Baxış sayı: 1637

 

Haqqın var, Məmməd araz, haqqın var yaşamağa

 

Əbə­di­ya­şar­lıq hər kə­sə qis­mət ol­mur. Çox qə­ri­bə­dir, o zir­və­yə yük­sə­lən­lə­rin ək­sə­riy­yə­ti sağ­lı­ğın­da mə­nə­vi və mad­di sı­xın­tı­la­rın im­ta­ha­nın­dan ke­çə­rək bu mər­tə­bə­yə la­yiq ol­duq­la­rı­nı sü­but edib­lər. Mil­li məf­ku­rə ya­ra­dan­lar, onun qo­run­ma­sı­nı hə­ya­tı­nın mə­na­sı­na çe­vi­rən da­hi­lər ORA­DAN, İla­hi­dən al­dıq­la­rı­nı ifa­də edir­lər. Zəh­mə­tə qat­laş­maq, is­te­da­dın se­vin­ci­ni və şöh­rə­ti­ni dad­maq, bə­zən də ona ve­ri­lən bu də­yər­lər­lə ya­na­şı, ca­nağ­rı­sı “da­dı­nı” gör­mək, ve­ri­lən­lə alı­nan­la­rın ara­sın­da­kı şü­kür­lü ol­ma­ğın ir­fa­ni ha­lı­nı ya­şa­maq da­hi­lə­rin ta­le ya­zı­sı­dır.

 

 İl­lər ön­cə re­al­laş­dır­maq is­tə­di­yi­miz bir la­yi­hə­də Azər­bay­ca­nın Xalq şai­ri Məm­məd Araz ya­ra­dı­cı­lı­ğı­nın təd­qi­qin­də ən ye­ni ba­xış­la­rın mey­da­na çı­xa­rıl­ma­sı­nı is­tə­miş­dik, qis­mət bu gü­nə imiş. Mən­cə, la­yi­hə­nin bu gün re­al­laş­ma­sı­nın özü də tə­sa­düfi de­yil. Ən bö­yük şa­ir­lə­rin ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li və təd­qi­qi il­lər keç­dik­cə “da­ğa uzaq­dan ba­xıb bö­yük­lü­yü­nü dərk et­mək” fik­ri ilə qo­şa­la­şır. Gün­lər ay­la­rı, ay­lar il­lə­ri biz­dən uzaq­laş­dır­dıq­ca M.Araz poe­zi­ya­sı­nın mə­na yü­kü, məf­ku­rə də­rin­li­yi da­ha da ay­dın gö­rü­nür. Sağ­lı­ğın­da da, dün­ya­sı­nı də­yiş­dik­dən son­ra da hər sö­zün­də, hər kəl­mə­sin­də Azər­bay­can əzə­mə­ti gö­rü­nən ne­çə şai­ri­mi­zi sa­ya bi­lə­ri­k? Elə on­lar­dan bi­ri və bi­rin­ci­si ki­mi göz önün­də ye­nə də mis­ra­la­rı sər­həd ki­mi sı­ra­la­nan M.Araz da­ya­nır:

 

Azər­bay­can – qa­ya­lar­da

bi­tən bir çi­çək.

Azər­bay­can – çi­çək­lə­rin için­də

qa­ya.

Mə­nim kön­lüm bu tor­pa­ğı

vəsf elə­yə­rək

Azər­bay­can dün­ya­sın­dan

ba­xar dün­ya­ya.

 

 

 “Kas­pi” qə­ze­ti ilə “Kas­pi” Təh­sil Şir­kə­ti­nin elan et­di­yi 6 ay da­vam edən “Məm­məd Araz mü­sa­bi­qə­si”nə təq­dim olu­nan ya­zı­la­rın bir-bi­rin­dən tə­sir­li ifa­də­lə­rin­dən hə­yə­can­lan­ma­maq müm­kün­süz­dür. Ta­nın­mış və ya ilk də­fə im­za­sı­nı ta­nı­dı­ğım şəxs­lə­rin ya­zı­la­rı­nı diq­qət­lə və hey­ran­lıq­la oxu­yu­ram. İn­sa­fən de­sək, heç vaxt təd­qi­qat­la­rı­na rast gəl­mə­di­yim im­za­la­rın ori­ji­nal­lı­ğı, mə­na də­rin­li­yi­nə gö­rə se­çi­lən ya­zı­lar mə­ni da­ha çox köv­rəl­dir. As­ta­ra ra­yon Şi­yə­kə­ran kənd or­ta mək­tə­bi­nin dil-ədə­biy­yat mü­əl­li­mi Meh­man Qa­ra­xa­noğ­lu­ “Ev tap­şı­rı­ğı­nı baş­qa xət­lə ya­zan­lar” es­se­sin­də vur­ğu­la­yır:

“Us­tad şa­gird dəf­tə­ri və­rə­qi­nə ya­zıl­mış şei­ri alıb:

 – Bu ki sə­nin xət­tin de­yil! – de­di.

– “Ev tap­şı­rıq­la­rı”nı baş­qa xət­lə ya­zı­ram, Us­tad, – de­di.

– Ni­yə məhz “ev tap­şı­rıq­la­rı”nı?

– “Tap­şı­rıq” ol­duq­la­rı­na gö­rə!”

Mən­cə, bir ir­fan şa­ir haq­qın­da de­yil­miş gö­zəl ifa­də­dir.

 İs­te­da­dı­nı məs­lək bi­lən M.Araz və­zi­fə­si­ni, Və­tən dərd və zülm­lə­ri­ni kö­nül də­yir­ma­nın­da əri­də-əri­də bu dər­di ürə­yi­nə əbə­di sa­kin et­di, gü­nün bi­rin­də bu sar­sın­tı­lar­dan xəs­tə­li­yə ür­cah olan ürə­yi­nə sö­zü keç­mə­di. Dağ­lar ki­mi əzə­mət­li və vü­qar­lı gö­rü­nən şa­ir sağ­lam­lı­ğı­nı itir­di. Bu ta­le­yi Tan­rı­dan gə­lən töh­fə ki­mi qə­bul et­di:

 

Ağır bir sə­nə­tə kö­nül bağ­la­dım,

Bəx­ti­mə dər­din də ağı­rı düş­dü.

 

Bi­tib-tü­kən­mə­yən möv­zu­la­rın təh­li­li­nin ün­va­nı çox ge­niş – Azər­bay­can bö­yük­lük­də, dün­ya ge­niş­li­yi qə­dər gö­rü­nür. Azər­bay­ca­nın gü­ne­yin­dən, qu­ze­yin­dən, do­ğu və ba­tı böl­gə­lə­rin­dən ar­dı-ara­sı kə­sil­mə­yən ya­zı­lar bö­yük şai­rə mə­həb­bət və eh­ti­ra­mın tə­za­hü­rü ki­mi “Kas­pi” re­dak­si­ya­sı­na ax­dı. İn­di­yə­cən şai­rin ya­ra­dı­cı­lı­ğı­na müx­tə­lif as­pekt­lər­dən ya­na­şa­raq de­yil­mə­miş ori­ji­nal fi­kir­lər top­lu­su Məm­məd Araz poe­zi­ya­sı­nın dər­ya ki­mi də­rin­li­yi­ni və tü­kən­məz­li­yi­ni sü­but et­di. Hər ye­ni fi­kir­də­ki təh­lil və təd­qi­qat ob­yek­tə fərq­li ra­kurs­dan ba­xış­lar de­mək idi. “Məm­məd Ara­zın söz pa­lit­ra­sı” – sə­nət­şü­nas Zi­yad­xan Əli­ye­vin çox ori­ji­nal mü­na­si­bə­ti mü­sa­bi­qə­yə təq­dim olu­nan möv­zu­la­rın için­dən diq­qə­ti­mi çək­di: “...şa­ir mil­lə­tin acı­lı-şi­rin­li ta­le­yi­nə rən­ga­rəng söz pa­lit­ra­sı ilə bən­zər­siz gör­kəm ver­mə­si­nin qar­şı­lı­ğın­da heç də Ələd­di­nin sehr­li çı­ra­ğı­nın id­dia­sın­da de­yil. Kim­lə­rə­sə adı bə­zən ar­xa­ik gö­rü­nən söz­lər­dən poe­zi­ya mö­cü­zə­si ya­ra­dan M.Araz Və­tə­nin ona “oğul” de­mə­si­nə ümid edə­rək onun qa­ya­sın­da yam­ya­şıl ma­mır ol­ma­ğa ha­zır­dır.

Heç şüb­hə­siz, tə­bi­ət­də in­sa­nı hey­rət­lən­di­rən, gör­kə­min­dən və ra­yi­hə­sin­dən bi­huş ola bi­lə­cə­yi­miz say­sız-he­sab­sız gö­zəl­lik qay­na­ğı­nın ol­ma­sı qar­şı­lı­ğın­da şai­rin özü­nü çox­la­rı­na gə­rək­siz gö­rü­nə bi­lə­cək bu bit­ki­yə bən­zət­mə­si qə­ri­bə gö­rü­nə bi­lər. Bu sö­zün poe­zi­ya­ya gə­ti­ril­mə­si, bəl­kə də, qə­ri­bə gö­rü­nən­dir, am­ma çox ye­ni və tə­ra­vət­li­dir. Özü­nü bu qə­dər “də­yər­siz­ləş­di­rən” şai­rin sa­də­li­yin­də­ki bu sə­mi­mi­lik də, əs­lin­də, da­hi­ya­nə və M.Araz sa­ya­ğı­dır”.

 Hər ye­ni təd­qi­qat möv­zu­su mü­sa­bi­qə­nin əhə­miy­yə­ti­ni ar­tı­ra­raq M.Araz ya­ra­dı­cı­lı­ğı­nın Azər­bay­ca­nın özü qə­dər də­rin, zən­gin qat­la­rı ol­du­ğu­nu or­ta­ya qoy­du. İl­lər ön­cə “Dün­ya sə­nin, dün­ya mə­nim, dün­ya heç ki­min” şei­ri­nin təh­li­li­nə hə­rə öz dün­ya­gö­rü­şü, şəx­si xa­rak­ter və hə­ya­ta mü­na­si­bə­tin­dən ya­naş­dı­ğı hal­da, bu gün bu şei­rə elə mə­nim də qəl­bim­də za­ma­nın ya­şan­tı­la­rı ba­xı­mın­dan fərq­li mü­na­si­bət ya­rat­dı:

 

 

Bu get-gəl­lər ba­za­rı­na də­və­di dün­ya,

Bu ömür-gün na­xı­şı­na hə­və­di dün­ya.

Əbə­diyə qəh-qəh çək­ər, əbə­di dün­ya,

Dün­ya sə­nin,

Dün­ya mə­nim,

Dün­ya heç ki­min...

 

 İn­san gə­lim­li-ge­dim­li dün­ya­nın qo­na­ğı­dır. Bir in­san do­ğu­lur, bi­ri ölür. Tan­rı­nın hə­ya­tın da­va­mı­na əda­lət­li mü­na­si­bə­ti bu­dur. Apa­ran, gə­ti­rən, ötü­rən, yo­la sa­lan, qar­şı­la­yan, iti­rən, əbə­di­ya­şar edən za­man­dır. Za­ma­nı ta­ri­xə çe­vi­rən isə İN­SAN­DIR, İN­SAN.

 İn­san ya­ra­dan, qu­ran, hə­ya­tı gö­zəl­ləş­di­rən zə­ka­lı var­lıq­dır.

 Ömür-gün na­xı­şı­na “hə­və” olan dün­ya­nın sa­ki­ni də in­san oğ­lu­nun özü­dür. Hə­və xa­lı-xal­ça to­xu­nan za­man iş­lə­di­lən alət­dir, diş-diş uc­la­rı ilə xal­ça­da “əriş” de­yi­lən ar­xa fon pam­bıq sa­pın üs­tü­nə otuz­du­ru­lur, na­xış bər­ki­yə­rək for­ma alır. Zə­if vu­rul­sa, il­mə boş olar, bərk zər­bəy­lə vu­rul­sa, “ar­ğac” doğ­ra­nar. Hə­ya­tın har­mo­ni­ya­sı­nı poz­ma­dan, aşı­rı­lı­ğa yol ver­mə­dən ya­şa­maq öl­çü­sü – “hə­və­dən” düz­gün is­ti­fa­də edə­rək ömür-gü­nü vaxt­sız doğ­ra­mamaq töv­si­yə­si­ni M.Araz­dan baş­qa heç kim bu sa­yaq töv­si­yə edə bil­məz­di. Bir də ki evin­də ha­na, xal­ça və hə­və­ni uşaq­lı­ğın­dan gö­rən, onu hə­ya­ti­ləş­di­rən, dün­ya­nın hə­rə­kət sü­rə­ti­ni hə­və alə­tiy­lə us­ta­lıq­la uz­laş­dı­ran şai­rin fəl­sə­fə­si in­di­yə­dək poe­tik fi­kir­də rast gə­lin­mə­yən mə­qam­lar­dır. Xalq di­li­nin, hə­ya­tı­nın tə­ra­və­ti M.Araz poe­zi­ya­sın­da dün­ya­nın Şərq və Qərb poe­zi­ya­sı­na ta­nış­lı­ğın­dan son­ra be­lə bü­tün mü­na­si­bət­lə­rin föv­qün­də xalq poe­zi­ya­sı­na qa­yı­dı­şın üzə­rin­də da­ya­nır. Ana­sın­dan eşit­di­yi ba­ya­tı­la­rın axı­cı­lı­ğı, rit­mi onun poe­zi­ya­sı­na tə­sir elə­di. Özü də bil­mə­dən Azər­bay­ca­nı evin­dən, kənd-kə­sə­yin­dən baş­la­ya­raq qa­rış-qa­rış kəşf et­di. Azər­bay­can kə­də­ri, dər­di-sə­ri, eh­ti­yac və gö­zəl­li­yi onun ya­ra­dı­cı­lı­ğın­da möv­zu ol­du.

 Ke­çir­di­yi­miz mü­sa­bi­qə­yə Gür­cüs­tan­da ya­şa­yan Mir­zə Məm­mə­doğ­lu Azər­bay­can və Gür­cüs­tan Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü Zez­va ilə mü­sa­hi­bə­sin­də şai­rin M.Araz­la dost­luq mü­na­si­bət­lə­ri­ni, onun ya­ra­dı­cı­lı­ğı­na də­rin­dən bə­ləd ol­du­ğu­nu oxu­cu­la­ra çat­dı­rıb: “...Onun əl­də et­di­yim, dö­nə-dö­nə oxu­ya­raq içim­də kök­lə­nən, qəl­bi­mə ya­tan şe­ir­lə­ri­ni Azər­bay­can mu­si­qi­si al­tın­da çe­vir­mə­yə baş­la­dım, ne­cə de­yər­lər, bir­nə­fə­sə tər­cü­mə et­dim. 1984-cü il­də İsa İs­ma­yıl­za­də­nin ça­lış­dı­ğı “So­vet Gür­cüs­ta­nı” qə­ze­tin­də çap olun­du, dost­lu­ğu­muz elə bu vaxt­lar­dan baş­la­dı”, – de­yə sə­mi­mi fi­kir­lər­lə M.Arazla eh­ti­ram­lı dost mü­na­si­bə­ti­ni di­lə gə­ti­rir.

 

 Mü­sa­bi­qə­nin şərt­lə­ri­nə gö­rə, təq­dim edi­lən ya­zı­lar ye­ni ol­maq­la bə­ra­bər, heç yer­də dərc olun­ma­ma­lı, məx­su­si ola­raq “Kas­pi” qə­ze­ti­nin ke­çir­di­yi mü­sa­bi­qə­yə gön­də­ril­mə­li idi.

Məq­səd M.Araz haq­qın­da dərc olun­ma­mış ye­ni araş­dır­ma­la­rı, xa­ti­rə­lə­ri, ori­ji­nal mə­lu­mat­la­rı top­la­maq və on­la­rı Azər­bay­can oxu­cu­la­rı­na bü­töv bir ki­tab ha­lın­da çat­dır­maq idi. “Araz” nəş­riy­ya­tı­nın di­rek­to­ru Əlir­za Sa­yı­lo­vun “Şa­ir Mu­ro­va ge­dir” sər­löv­hə­li ya­zı­sın­da M.Ara­zın 1993-cü ilin so­yuq, qar­lı-çov­ğun­lu no­yabr gün­lə­rin­də Mu­rov­da­ğa dö­yüş­çü­lər­lə gö­rü­şə get­mə­si­nin şa­hi­di olu­ruq. Səh­hə­ti yol ver­mə­sə də, yo­l­üs­tü Gən­cə­də Ni­za­mi­nin məq­bə­rə­si­ni zi­ya­rət et­mə­si, Gən­cə hos­pi­ta­lın­da ya­ra­lı əs­gər­lə­rə baş çək­mə­si M.Araz­la bağ­lı də­yər­li mə­qam­lar­dır.

 Mü­sa­bi­qə ye­ni fi­kir, mə­lu­mat və fərq­li dü­şün­cə­lə­rin sər­gi­si­nə çev­ril­di.

 El­çin Məm­məd­li “Ni­şan­çı özü­müz, hə­dəf özü­müz” ya­zı­sın­da şai­rin ya­ra­dı­cı­lı­ğı­nın fəl­sə­fi qa­tı­nı aç­ma­ğa ça­lı­şır: “Fü­zu­li biz­dən nə qə­dər uzaq­la­şır­sa, onu bir o qə­dər dam­la-dam­la da ol­sa, öy­rə­ni­rik. Məm­məd Araz da be­lə­dir. Bu bö­yük is­te­dad sa­hi­bi olan şai­ri za­man biz­dən nə qə­dər çox ayı­rır­sa, o qə­dər də onun bö­yük­lü­yü­nü, da­hi­li­yi­ni du­yu­ruq”.

 Dün­ya, onun ya­ra­nı­şı, in­san, Və­tən, za­man, ta­rix, mil­lət və ye­nə in­sa­na qa­yı­dış, bu möv­zu­la­rın də­rin­li­yi M.Ara­zın ya­ra­dı­cı­lı­ğın­da poe­tik­lə­şir:

 

... Ol­sa da haq­qı­nın kö­lə­si be­lə,

Əri öz için­də, ölə­zi be­lə,

On­dan in­ci­yə­nin be­lə­si be­lə,

Mən be­lə dün­ya­nın nə­yin­dən kü­sü­m?

 

 Həm də haqq-əda­lət tə­rə­zi­si­nin düz­gün iş­lə­mə­di­yi an­lar­da “Na­haq haq­qı ərit­sə, mə­nəm əri­yən” de­yə­rək min­lər, mil­yon­lar üçün öm­rü­nü şam edib əri­dir, na­ra­hat­lı­ğı­nı bil­di­rir.

Pub­li­sist Akif Əli­nin “Ağır daş­lar al­tın­da” (pa­te­tik fan­ta­zi­ya) M.Araz­la ru­hi söh­bət də sırf mü­sa­bi­qə üçün ya­zıl­mış möv­zu­dur: “...Müd­rik pey­ğəm­bər­tək ca­hil­lə­rə doğ­ru yo­lu ta­nıt­maq üçün tən­ha hüc­rə­lər­də qa­ya­lar­dan Söz ça­pan bu göy­lər ada­mı­nın hər­dən mə­nə qar­şı da xə­fif lüt­fü­nü gö­rün­cə çox duy­ğu­la­nar, qü­rur­la­nar, ona da­ha da isi­ni­şər­dim. Be­lə­də ən doğ­ma adam­lar ki­mi biz də hər­dən an­caq bir-bi­ri­mi­zə bax­maq­la da­nı­şar­dıq...” – fik­ri mə­ni çox tə­sir­lən­di­rir.

 Əmin ola bi­lər­si­niz, Akif mü­əl­lim, M.Araz so­nun­cu ir­fan ada­m­dı ki, ba­xış­la­rıy­la adam­la dərd­lə­şir­di. Elə siz də o bəx­tə­vər­lik­dən da­dan so­nun­cu həm­söh­bət sa­yı­lır­sı­nız...

 Akif Əli­nin “Ağır daş­lar al­tın­da” söh­bə­tin­də Və­tən­dən, Və­tən da­şın­dan, Tan­rı­dan, dün­ya­dan açı­lan söh­bət­lə­rin şəx­si müs­tə­vi­də həl­lin­də ye­nə bir və­tən­daş-şai­rin mil­lət və tor­pa­ğın­dan ni­ga­ran­lıq­la­rı boy ve­rir. Ey­ni za­man­da “Ağır daş­lar al­tın­da” şai­rin ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li­nə ədə­bi tən­qi­din stan­dart ter­min­lə­rin­dən uzaq, ta­ma­mi­lə ye­ni bir üs­lu­bun nü­mu­nə­si­dir.

 As­lan Qu­li­ye­vin “Və­siy­yət” pub­li­sis­tik ya­zı­sı da sə­mi­mi və ori­ji­nal təh­lil ba­xı­mın­dan çox ma­raq­lı­dır. İs­te­da­dın ən yük­sək zir­və­si­ni gənc­li­yin­də fəth edən şai­rin ya­ra­dı­cı­lı­ğı­nın ona gə­ti­rə­cə­yi şöh­rət­dən qor­xan­lar ço­xal­dı. Sa­də­cə, on­dan Bö­yük Şa­ir ol­du­ğu üçün qorx­du­lar.

 Əvə­zin­də “Sa­də in­san­lar, oxu­cu­la­rı onu se­vir­di­lər, min­lər, mil­yon­lar se­vir­di. Azər­bay­ca­nı­mız­da şe­ir­lə­ri­nin döy­mə­di­yi qa­pı yox idi. Bun­ca sev­gi­nin mü­qa­bi­lin­də elə o qə­dər də eti­na­sız­lıq­la üz-üzəy­di:

 

Öm­rün öz tu­fa­nı öm­rü­mü di­dir,

Yox ay­rı dər­ma­nım dö­züm­dən öz­gə.

49 ya­şı­ma əl­vi­da de­dim,

Bir kim­sə bil­mə­di özüm­dən öz­gə.

 

 Am­ma eti­na­sız­lı­ğın, la­qeyd­li­yin gə­tir­di­yi ağır xəs­tə­li­yin cən­gin­də olar­kən sa­də dost və doğ­ma­la­rı­nın, onu ürək­dən se­vən oxu­cu­la­rı­nın diq­qə­ti ye­nə hə­ya­nı ol­du. Ə.Kə­rim ya­da düş­dü:

 

Sən mə­nim qəd­ri­mi

Bi­lə­sən de­yə

Bu ca­van ya­şımda

Ölüm­mü indi?

 

Xəs­tə­li­yin ən iti “cay­naq­la­rı” 50 ya­şın­da onu haq­la­dı:

 

Bəl­kə, əl­li mis­ra­sı yox əl­li­min,

Bu tit­rə­yiş gü­na­hı­dır əli­min,

Qol­la­rım­da dost əli var, əl­li min,

Məm­məd Araz, əl­li yaş­da nə gü­nah...

 

– de­yə ye­nə hər şey­də heç ki­mi gü­nah­kar bil­mə­di, ba­rış­dı. İla­hi­dən gə­lən dərd­lə:

 

Ağır bir sə­nə­tə kö­nül bağ­la­dım,

Bəx­ti­mə dər­din də ağı­rı düş­dü...

 

– de­di.

Şa­mil Və­li­ye­vin “Poe­tik dü­şün­cə­lər us­ta­dı” mə­qa­lə­sin­də:

 

Azər­bay­can – ma­ya­sı nur,

Qa­yə­si nur ki...

Hər da­şın­dan alov dil­li ox ola bi­lər.

Azər­bay­can de­yi­lən­də aya­ğa dur ki,

Fü­zu­li­nin ürə­yi­nə to­xu­na bi­lər.

 

– ifa­də­lə­ri “Gü­nəş elə Və­tə­nin, Od­lar yur­du Azər­bay­ca­nın özü­dür. Və­tə­nin rəm­zi ki­mi ve­ri­lən gü­nəş bir ila­hi gö­zəl­lik ol­maq­la kai­na­tı işı­ğa qərq edir. Bu da bir qə­dər əv­vəl­də iza­hı­na ça­lış­dı­ğı­mız tə­biə­tin es­te­tik sər­vət mən­bə­yi ki­mi gö­rül­mə­si ilə bağ­lı­dır” ki­mi təh­lil olu­nur. “Şei­rin ümu­mi məz­mu­nun­dan be­lə bir mə­na da do­ğur ki, doğ­ma yur­du­muz Azər­bay­ca­nın hər bir və­tən­da­şı onu:

 

Edə­məm tərk, Fü­zu­li, sə­ri-ku­yin ya­rın,

 Və­tə­nim­dir, və­tə­nim­dir, və­tə­nim­dir, və­tə­nim...

 

– de­yə da­hi Fü­zu­li ki­mi məc­nu­ni bir mə­həb­bət­lə sev­mə­li­dir” (Ş.Və­li­yev).

    İb­ra­him­xə­li­lin “M.Ara­zın or­tan­cıl oğ­lu” ya­zı­sın­da “ko­deks” haq­qın­da söh­bət açı­la­raq mə­sə­lə “poe­zi­ya ko­dek­si” de­yi­lən müs­tə­vi­yə ke­çir.

“Ba­kı ki­mi bö­yük şə­hə­rin ba­sı­rı­ğın­da, tün­lü­yün­də, bəl­kə də, ko­deks­siz də ya­şa­ya bi­lər­lər, am­ma ca­nım-gö­züm Ba­kı­dan bu qə­dər uzaq­lar­da, Əy­ri­qa­rın ətək­lə­ri­nə ya­xın son yar­pa­ğı­nın nə vaxt dü­şə­cə­yi­ni, son oxu­cu­su­nun nə vaxt kö­çə­cə­yi­ni göz­lə­yən Mir­zə Qə­lə­mə də, mə­nə də poe­zi­ya ko­dek­si ol­ma­dan ya­şa­maq – tə­bii ki, bö­yük hərf­lə, yə­ni “Va­qi­fa­nə ya­şa­maq” çə­tin­dən də çə­tin olar­dı. Çün­ki dün­ya­nın uc­qar de­yi­lən ye­rin­də uç­qun­lar­da, uçu­rum­lar­da var ol­maq, so­na­can di­ri və du­ru qal­maq hə­mi­şə bir xi­la­set­mə dəs­tə­si is­tə­yir…

Bi­zim xi­la­set­mə dəs­tə­miz də şe­ir­di. “Məm­məd Araz ko­dek­si”nə ke­çi­rəm:

 

…Sən­dən, mən­dən ötən zər­bə,

Və­tən, Və­tən, sə­nə dəy­di...

 

– mis­ra­la­rı­na kök­lə­nib ba­car­dı­ğı­mız qə­dər yel­dö­yə­nə kök­sü­mü­zü gə­ri­rik ki, bir­dən, Al­lah elə­mə­sin, biz­dən ötən daş Sı­nıq kör­pü­nün o üzün­də Və­tə­nə də­yər”.

N.Ha­cı­za­də­nin şai­rin özü qə­dər işıq­lı xa­ti­rə­lə­ri, onun­la ke­çir­di­yi mü­qəd­dəs an­lar da bi­zim oxu­yub-eşit­mə­di­yi­miz ye­ni­lik­lər idi.

Ta­hir Ay­dı­noğ­lu­nun “Poe­tik sö­zün Məm­məd Araz mö­cü­zə­si” mə­qa­lə­sin­də möv­zu­ya mü­na­si­bə­ti ma­raq­lı­dır.

 Mad­di dün­ya ilə mə­nə­vi aləm ara­sın­da apa­rı­lan pa­ra­lel­lər, ta­pı­lan ox­şar­lıq­lar, ifa­də olu­nan bən­zər­lik­lər tə­əs­sü­ra­tı mən­zə­rə­yə, duy­ğu­nu dü­şün­cə­yə çe­vir­mək qüd­rə­ti­nin məhz M.Ara­za məx­sus­lu­ğu­nu sü­but edir.

 

Dağ­lar sev­gi­sin­dən bir ulu ata,

Dağ­lar ər­kö­yün­lər ata­sı de­yil...

Hət­ta il­dı­rım­lar – dağ­lar çi­yi­ni,

Dağ­la­rın qor­xu­su xa­ta­lı de­yil.

İgid­lər çiy­ni­ni dağ­la­ra söy­kər,

Şa­ir, qa­ya­la­ra, dağ­la­ra söy­kən.

 

(“Dağ­la­ra söy­kən”)

 

 M.Ara­zın sev­gi şe­ir­lə­ri­nin duy­ğu, dü­şün­cə­si­nin mə­na yü­kü, sə­mi­mi qə­mi, kə­də­ri köz-köz ya­nan ürə­yin əri­yən ya­ğı­nı se­lə dön­də­rib in­sa­nı bu sel­dən ya­ra­nan kə­dər gö­lü­nə qərq edir.

 

Bu gö­rüş nə acı qis­mət­miş bi­zə,

Elə bil kə­dər gö­lü­nə düş­dük.

Sa­lam­sız-klam­sız du­rub üz-üzə,

Bir xey­li ba­xış­la, göz­lə gö­rüş­dük.

 

 T.Ay­dı­noğ­lu aşıq ha­va­la­rı qə­dər sa­də, axı­cı, sə­mi­mi və yad­da­qa­lan şe­ir­lə­ri­nin sir­ri­ni onun ürə­yi­nin ya­ğı ilə yaz­ma­sın­da gö­rür:

 

Sən­dən mə­nə bir ömür­lük xa­ti­rə,

Mən­dən sə­nə nə qa­la­caq, bilmirəm...

 

və ya:

 

Qiy­mət­li bir itik sax­la ya­dın­da,

Unut mə­ni, al­dat mə­ni, at mə­ni.

 

(“Unut mə­ni”)

 

 Fə­rid Hü­sey­nin “Bir ax­şa­mın bal­la­da­sı” – kon­sep­tu­al şe­ir­də ay­rıl­maz mis­ra­lar” mə­qa­lə­sin­də bir şei­rin heç vaxt bu qə­dər də­rin və məz­mun­lu təh­li­li­nə, Fə­ri­din özü de­miş­kən, kon­sep­tu­al ya­naş­ma­ya in­di­yə­cən rast gə­lin­mə­yib. Mü­sa­bi­qə­yə təq­dim olu­nan di­gər ya­zı­lar ki­mi bu ya­zı­da da möv­zu­ya ye­ni ba­xış, ye­ni mü­na­si­bət möv­cud­dur:

 

İla­hi, qəl­bi­mə bir duy­ğu gön­dər,

İla­hi, ya­zıq­dır mə­ni se­vən­lər.

 

 “Şe­ir İl­ham pə­ri­si­nə mü­ra­ci­ət­lə ya­zı­lıb, bə­zi mə­qam­lar­da ay­rı­lan mü­ra­ci­ət for­ma­la­rı tə­biə­tə, cə­miy­yə­tə, qey­ri-re­al alə­mə və s. də­yi­şir, am­ma şe­ir­də mü­ra­ci­ət bir­dən-bi­rə Tan­rı­ya ün­van­la­nır”.

 Abid Ta­hir­li­nin “Sir­li, sehr­li sə­tir­lər” ya­zı­sın­da M.Ara­zın şəx­si in­sa­ni key­fiy­yət­lə­ri­nin gənc­lə­rin mə­nə­vi da­ya­ğı­na çev­ril­mə­si­nin şa­hi­di olu­ruq. İn­di ha­nı o qə­zet, jur­nal re­dak­to­ru ki, ma­te­ri­al­la­rı­nın sı­ra­sı­nı po­zub, gənc bir tə­lə­bə­nin də­rin məz­mun­lu mə­qa­lə­si­ni tə­lə­sik yer­ləş­di­rib, ye­ni bir im­za­nı oxu­cu­la­ra çat­dır­sın!

 M.Arazın döv­rü­nün heç bir şai­ri­nə, ya­ra­dı­cı in­sa­nı­na bən­zə­mə­mə­si, tək­rar­sız­lı­ğı, həm is­te­da­dın, həm in­san­lı­ğın ən yük­sək mə­nə­vi zir­və­sin­dən gö­rün­mə­si oxu­cu­la­rı­na se­vinc gə­tir­sə də, bə­zi bəd­xah­la­ra, xə­bis­lə­rə göz­da­ğı ol­muş­du.

 Tel­li Pə­nah­qı­zı­nın mü­na­si­bə­tin­də “...Axı İn­fil ki­şi­nin bu sa­də­dil, “qəl­bi ipək­dən yum­şaq”, qa­rış­qa­nın be­lə haq­qı­nı tap­da­ma­ğa ürək elə­mə­yən öv­la­dı “ki­çik­lə­rin” eh­ti­ras to­ru­nun, pa­xıl­lıq mən­gə­nə­si­nin “ni­şan­ga­hı” ola­ca­ğı­nı har­dan bi­­ləy­­di­­?

 

Sən bi­zi ki­çik­lər ki­nin­dən qo­ru,

Fil tu­tur, şir tu­tur hö­rüm­çək to­ru...

 

və ya:

 

De­yir­lər, mə­nim də düş­mən­lə­rim var,

Adı­mı, im­za­mı asan­lar olur.

De­yir­lər, köl­gə­mi qı­lınc­la­yan­lar,

De­yir­lər, rəd­di­mi qa­zan­lar olur.

 

...Al­la­hın ya­rat­dı­ğı “in­san­cıq­lar” qo­yar­lar­mı ki, yer üzü­nə mü­qəd­dəs­lik to­xu­mu, sə­fa su­yu sə­­pi­­lə­­?” de­yi­lir.

 Şə­rur­da ya­şa­yan Azər­bay­can Ya­zı­çı­lar və Jur­na­list­lər Bir­li­yi­nin üz­vü İb­ra­him Yu­si­foğ­lu­nun M.Ara­zın “Azər­bay­can tə­biə­ti” jur­na­lın­da iş­lə­di­yi vaxt­lar­da hə­min mət­bu or­qan­la əmək­daş­lı­ğı, Nax­çı­van­da 1984-cü il­də M.Araz­la poe­zi­ya­se­vər­lə­rin gö­rüş xa­ti­rə­lə­ri, unu­dul­maz şai­rə eh­ti­ra­mı onun ya­zı­sın­dan ay­dın gö­rü­nür.

Ni­za­mi Mu­ra­doğ­lu­nun “M.Araz poe­zi­ya­sın­da dün­ya ob­ra­zı” mə­qa­lə­sin­də M.Araz poe­tik fəl­sə­fə­sin­də dün­ya­nın gər­di­şi­nə dün­ya­nın özü qə­dər müd­rik mü­na­si­bə­ti gö­rü­nür.

M.Araz san­ki Adəm ba­ba­mı­zın ya­şın­dan dün­ya­nın ya­ra­nı­şı­nın, in­san­la mü­na­si­bət­lə­ri­nin qə­dim sa­ki­ni ki­mi “Mə­nim də ya­şım az de­yil”, “Be­lə dün­ya­nın”, “Qo­ru­yun dün­ya­nı”, “Dün­ya mə­nim, dün­ya sə­nin, dün­ya heç ki­min” de­yə­rək müx­tə­lif mü­na­si­bət­lə­rin hər üzü­nü bi­zə açıb de­yir.

 

Do­lu gö­dən kür­kə sığ­maz,

Boş bal­qa­baq bör­kə sığ­maz.

Yə­hər qan­maz, tə­kə sığ­maz...

Bu dün­ya­dan nə gör­mə­dim!..

 

Dün­ya heç kə­sin de­yil, heç kəs əbə­di de­yil. Əbə­di olan dün­ya­nın özü­dür!

 

Bir ta­le­yin oyu­nun­da cüt­lən­miş zə­rik,

Yüz il qo­şa atıl­saq da, qo­şa düş­mə­rik.

Bir zər­rə­nin işı­ğı­na mil­yon­lar şə­rik,

Dün­ya sə­nin,

Dün­ya mə­nim,

Dün­ya heç ki­min…

 

Mü­əl­li­fin mü­na­si­bə­ti­nə gö­rə, Tan­rı hər şe­yi cüt ya­rat­dı. Kül­li-kai­na­tın hə­rə­kə­ti­nə tə­kan ve­rən “cüt­lük­lər” va­cib­dir, müt­ləq­dir. Tan­rı be­lə is­tə­di, be­lə ya­rat­dı. Tək əl­dən səs çıx­maz. Tək ol­maq, va­hid ol­maq yalnız Rəb­bi­mi­zə məx­sus­dur. Zər qo­şa atı­lan­da be­lə oyun tək-tək ye­ri­nə ye­ti­ri­lir. Qo­şa at­maq, bu pro­se­sə tə­kan ver­mək Tan­rı işi­dir. Hə­yat qu­rul­muş, ya­şan­mış bir oyun­dur, in­san­lar onun oyun­çu­la­rı. Oyu­nun so­nun­da ha­kim, əda­lət və mi­zan-tə­rə­zi qo­yu­lub. Al­lah qi­ya­mət gü­nü­nü mü­əy­yən edən­dir.

Əməl­lə­ri­mi­zin xe­yir-şər dar­va­za­sın­dan gə­lə­cək işıq (kaş elə ola) xi­las­ka­rı­mı­za çev­ri­lə­cək. N.Mu­ra­doğ­lu­nun ya­zı­sın­da M.Araz ya­ra­dı­cı­lı­ğı­nın də­rin qat­la­rı us­ta­lıq­la üzə çı­xır.

Hör­mət­li pub­li­sis­ti­miz, Əmək­dar jur­na­list Flo­ra Xə­lil­za­də­nin “Kür­re­yi-ər­zin şai­ri”, “Məm­məd əmi”, “Sol­ma­yan xa­ti­rə­lər”, “Sə­nət­də son mən­zil ol­mur” ya­zı­la­rı, həm­çi­nin M.Ara­zın bir ya­xın dos­tu­na ya­zıl­mış mək­tub­la­rı­nın “Rüz­gar gə­ti­rən mək­tub­lar” baş­lı­ğıy­la ya­yım­lan­ma­sı M.Ara­zın ya­ra­dı­cı­lıq və şəx­siy­yət sə­mi­miy­yə­ti­ni ey­ni müs­tə­vi­yə çı­xa­rır:

 

Qə­ləm var əlim­də

Gör ne­çə il­dir,

Bir nəğ­məm dil­lə­rə nə vaxt dü­şə­cə­k?

Mə­nim gə­li­şim­lə nə də­yi­şil­di,

Mə­nim ge­di­şim­lə nə də­yi­şə­cə­k?

 

Onu ağır xəs­tə­lik­lə üz-üzə qo­yan fə­lə­yin gər­di­şi­nə mey­dan oxu­ya­raq ge­di­şiy­lə be­lə əbə­di­ya­şar­lı­ğı təs­diq edir­di. Sə­mi­miy­yə­tin ən bö­yük iza­hı, öl­çü­sü olan:

 

Mə­ni şei­rim­də gəz bir in­san ki­mi,

Qəl­bim­də nə var­sa, ona de­mi­şəm.

Ana­dan, ata­dan giz­lət­di­yi­mi

Ka­ğız­dan, qə­ləm­dən giz­lət­mə­mi­şəm...

 

– mis­ra­sın­da Flo­ra xa­nım M.Ara­za həm də ya­xın in­san ki­mi mü­na­si­bə­ti­ni bil­di­rir:

İna­na bil­mi­rəm ölüm haqq ola,

Tor­paq rəs­sam uda, bəs­tə­kar uda.

Ana dəfn olu­na, gö­zəl qo­ca­la…

Bəl­kə, bir səh­nə­dir, əsər­dir bu da…

 

Məm­məd Ara­zın poe­tik fəl­sə­fə­si­ni təh­lil edər­kən V.Yu­sif­li­nin “M.Ara­zın 60-cı il­lər­də yaz­dı­ğı Və­tən möv­zu­sun­da­kı şe­ir­lə­rə diq­qət ye­tir­mək ki­fa­yət­dir ki, poe­tik dü­şün­cə­nin sər­həd­lə­ri­nin ge­niş­li­yi­ni, ar­tıq fəl­sə­fi sə­ciy­yə da­şı­dı­ğı­nı hiss edə­sən” fik­ri M.Ara­zın 60-cı il­lər poe­zi­ya­sı­na ye­ni ifa­də üsu­lu gə­ti­r­diyini təsdiqləyir.

Şai­rin ya­ra­dı­cı­lı­ğa baş­la­dı­ğı ilk gün­dən əzə­li-əbə­di möv­zu­su Azər­bay­can­dır. Yum­ruq boy­da ürə­yə bü­töv Azər­bay­can sev­gi­si­ni ne­cə yer­ləş­di­rə bil­­miş­­di­­? Gu­rul­tu­lu səs­lə, mən­tiq­siz, məz­mun­suz şə­kil­də “Və­tən, Tor­paq, Azər­bay­can” de­yib qış­qı­ran­lar­dan fərq­li ola­raq, göz­lə­ri, be­yin­lə­ri, qu­laq­la­rı yor­ma­dan azər­bay­can­çı­lıq məf­ku­rə­si­nə sa­diq qa­la­raq içi­nin sev­gi­si­ni şei­rə çe­vir­di. 1970-72-ci il­lər­də qə­lə­mə al­dı­ğı “Ata­mın ki­ta­bı” poe­ma­sın­da gənc­li­yə xi­ta­bən de­yir:

 

Sev­mə­yin özü də bir ba­ca­rıq­dı,

Nə bö­yük hü­nər­di bir qı­zı sev­mək...

Bir ça­yın, bi­nə­nin, çö­lün, bu­la­ğın

Bir də­li Məc­nu­nu ola­san gə­rək…

 

Xa­nə­li Kə­rim­li şai­rin azər­bay­can­çı­lıq fəl­sə­fə­si­nin məc­mu­su olan şe­ir­lə­rin­dən söz aça­raq ya­zır: “M.Ara­zın poe­zi­ya­sı Azər­bay­can ta­ri­xi­nin bu­gün­kü gənc­lik üçün qa­ran­lıq qa­lan mə­qam­la­rı­na işıq sa­lan poe­zi­ya­dır”.

“…Mən­dən öt­dü, qar­da­şı­ma dəy­di” şei­rin­də şa­ir bö­yük cə­sa­rət­lə Azər­bay­ca­nın ba­şı­na gə­ti­ri­lən bə­la­lar­dan da­nı­şır, za­man-za­man onun üzə­rin­də ge­dən “ta­mah çar­pış­ma­la­rı­nı” diq­qə­tə çə­kir:

 “Mən-mən” de­di bir öl­kə­də

nə qə­dər xan,

On­lar “mən-mən” de­yən yer­də

Sən ol­ma­dın, Azər­bay­can!

 

***

 

Di­bək ol­dun öz du­zun­la,

öz da­şın­la;

Ögey ol­dun

doğ­ma, əkiz qar­da­şın­la.

 

M.Araz sö­zün əsl mə­na­sın­da cə­sa­rət­li və­tən­daş-şa­ir­dir. Yox­sa so­vet ideo­lo­gi­ya­sı­nın qan-qan de­yən vax­tı kim be­lə söy­lə­yə bi­lər­di ki…

Qan Tu­ra­lı­nın “Məm­məd get­di, Araz qal­dı” mə­qa­lə­si­nin gi­ri­şi bu fi­kir­lə baş­la­yır: “Məm­məd Ara­zın adı gə­lən­də hə­mi­şə “Aka­dem­ki­tab”da gör­dü­yüm yox­sul ge­yim­li qo­ca­nı xa­tır­la­yı­ram. Ci­bin­dən çı­xar­dı­ğı pu­lu də­fə­lər­lə sa­yıb ki­ta­bın üzə­rin­də­ki qiy­mət­lə tu­tuş­du­ran, o qiy­mə­tə inan­ma­yıb də­fə­lər­lə sa­tı­cı­dan qiy­mə­ti so­ru­şan o qo­ca­nı… Dörd­cild­li­yin qiy­mə­ti ba­ha idi, yox­sa qo­ca­nın pu­lu az idi? Hər hal­da, qo­ca mə­yus-mə­yus o dü­ka­nı tərk et­di. Bəl­kə də, onun bu dün­ya­da Məm­məd Ara­zın ki­tab­la­rın­dan baş­qa tə­səl­li­si yox idi”.

Mə­qa­lə­nin bit­di­yi an­dan kim­sə­siz­li­yi­ni, eh­ti­ya­cı­nı şe­ir­lə ödə­mə­yə ça­lı­şan ada­mı dü­şün­düm, be­lə in­san oğ­lu qa­lıb­sa, sə­bəb­ka­rı ye­nə də M.Araz ki­mi şa­ir­lə­rin mə­nə­vi qi­da mən­bə­yi olan şe­ir­lə­ri­dir. Var ol­sun eh­ti­ya­cı­mı­zı ödə­mək gü­cün­də olan poe­zi­ya­mız! Fü­zu­li, Ni­za­mi, Ca­vid, Ha­di ki­mi hə­qi­qət, Və­tən, Tan­rı aşiq­li­yi­ni məf­ku­rə edən M.Araz poe­zi­ya­sı ru­hu­mu­zun ya­şam qi­da­sı ola­raq ən lə­ziz, ən gə­rək­li tə­am ki­mi, duz ki­mi, çö­rək ki­mi gə­rə­yi­miz­dir.

Qə­rən­fil Dün­ya­min­qı­zı “İnan­ma­sa­nız da, bu bir hə­qi­qət­dir…” mə­qa­lə­sin­də vax­ti­lə M.Ara­zın onun pe­şə ta­le­yi­nin for­ma­laş­ma­sın­da gös­tər­di­yi ata­lıq qay­ğı­sı­nı se­və-se­və qə­lə­mə alıb. Xa­ti­rə­lə­rin axa­rın­da şai­rin yax­şı­lıq kre­do­su göy­qur­şa­ğı­na dö­nür, bü­tün in­san­lı­ğı xe­yir­xah­lı­ğa, tə­mən­na­sız yax­şı­lıq et­mə­yə səs­lə­yir:

 

Yax­şı­lıq ne­çə min il­mə­li ha­na,

Nə­sil­dən-nəs­lə qa­lan va­rı­mız.

Fə­qət yax­şı­lı­ğı ba­şa qa­xa­na

Ki­şi de­mə­yib­dir ba­ba­la­rı­mız.

 

***

 

Ol­ma tə­mən­na­lı

Yax­şı­lıq acı.

O, zə­hər qa­tıl­mış

Çö­rək ki­mi­dir.

Ya da bir ka­sı­bın,

Bir naə­la­cın

Kö­nül­süz sat­dı­ğı inək ki­mi­dir.

Ya gür­şad apa­rar,

Ya hel­lənc vu­rar,

Ya da gö­yü ya­nar –

Sü­dü qu­ru­yar…

 

Bu mü­sa­bi­qə­nin ma­raq­lı tə­rə­fi odur ki, M.Araz poe­zi­ya­sı­nın təh­li­li­nin son­suz ol­du­ğu or­ta­ya çıx­dı. Ta­nın­mış tən­qid­çi­lər­dən tut­muş tə­lə­bəyə, sa­də oxu­cu­ya ki­mi yüz­lər­lə soy­da­şı­mız mü­sa­bi­qə­yə qa­tı­la­raq ürə­yi­ni bo­şalt­dı.

M.Araz Xalq şai­ri olmazdan çox-çox əv­vəl­lər xal­qın şai­ri ol­du; ca­van­kən, gənc­kən müd­rik ağ­saq­qa­la çev­ril­di. Min il­lə­rin za­man çər­çi­və­si­ni aşa­raq öm­rün ir­fan mis­si­ya­sı­nı dərk edib ya­şa­dı. Dün­ya­nın va­rı­na-döv­lə­ti­nə sa­hib olan­lar­dan çox göz-kö­nül tox­lu­ğu ilə ya­şa­dı. Və­tə­ni tək ona məx­sus ol­maq is­tə­yi ilə – BÖ­YÜK EŞQ­LƏ sev­di. Bu bö­yük sev­gi­ni Tan­rı sev­gi­si bil­di. Hə­ya­tı, ha­va­sı, su­yu, gü­nə­şi, şəx­si is­tək və sev­gi­si Azər­bay­can ol­du. Azər­bay­can ta­ri­xi bu gü­nü və gə­lə­cə­yi ilə bir­gə ta­le­yi­nə köç­dü. Bü­töv ol­ma­yan Və­tən sər­hə­di səh­hə­tin­də, sağ­lam­lı­ğın­da prob­lem­lər ya­rat­dı. Ba­şı­na bir iş gə­lən­də, tə­bi­ət hü­cum­la­rı­na mə­ruz qa­lan­da (bəl­kə, de­mə­liy­dim in­san hü­­cum­­la­­rı­­na­­?) tor­paq mü­va­zi­nə­ti­ni iti­rir, daş­qın, çov­ğun, tor­paq sü­rüş­mə­lə­ri, uç­qun­lar baş ve­rir. İn­san bə­də­nin­də vi­rus­lar baş qal­dı­ran­da, so­yuq­dəy­mə və ya baş­qa xəs­tə­lik­lər olan­da ön­cə hə­ra­rə­ti qal­xır, içi­nin dər­di iz­har nöq­tə­sin­də – do­daq­la­rın­da uçuq­la­ma­ya, ya­ra­la­ra sə­bəb olur. Dər­də, xəs­tə­li­yə eti­raz uç­qun şək­lin­də baş ve­rir.

 

Uç­qun­dan bir bu­laq

Gə­lir də­rə­yə,

Uç­qun bir ta­la­nın sö­nən

Ya­zı­dır.

Uç­qun tə­bi­ət­də nə­yin­sə nə­yə

Tə­bi­ət di­lin­də eti­ra­zı­dır…

 

– de­yir M.Araz.

 

İn­san gü­cün­dən ar­tıq kə­dər və dərd­lə yük­lə­nən­də in­farkt­lar, in­sult­lar uç­qu­nu ya­ra­nır, sağ­lam­lıq itir, bər­pa olun­mur. M.Araz da Və­tən, tor­paq, mil­lət ta­le­yi­nin mü­ca­di­lə­sin­də sağ­lam­lı­ğı­nı uç­qu­na, se­lə ver­di.

Elə­dik­lə­rin­də və çək­dik­lə­rin­də tə­mən­na­sız olan şai­rin hə­yat mis­si­ya­sı, əs­lin­də, elə bun­dan iba­rət idi.

Ru­hu­nun gü­cü, sağ­lam­lı­ğı, zə­ka­sı­nın, is­te­da­dı­nın par­laq­lı­ğı şe­ir­lə­ri­nə köç­dü, bu gün də yo­lu­mu­za işıq sa­lır.

Azər­bay­ca­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin M.Araz haq­qın­da çox də­yər­li və çox gə­rək­li ədə­bi fik­ri ya­da dü­şür: “Mil­li ru­hun və şüu­run dir­çəl­mə­sin­də, gənc­lə­ri­miz­də azad­lıq, və­tən­pər­vər­lik his­si­nin oya­nıb-güc­lən­mə­sin­də Xalq şai­ri Məm­məd Ara­zın xid­mət­lə­ri əvəz­siz­dir. Şai­rin is­te­da­dı müs­tə­qil Azər­bay­ca­nın gə­lə­cə­yi üçün da­ha gə­rək­li­dir. Bu­na gö­rə də Azər­bay­can döv­lə­ti qüd­rət­li ya­ra­dı­cı­lı­ğı ilə ya­na­şı, həm də tə­va­zö­kar­lı­ğı və fə­da­kar­lı­ğı ilə çox­la­rın­dan se­çi­lən Xalq şai­ri Məm­məd Ara­zın xa­ric­də müa­li­cə olun­ma­sı üçün təd­bir gö­rə­cək­dir”.

Ulu Ön­dər Heydər Əliyev Və­tə­nin ba­şı­na gə­lən mü­si­bət­lər­dən son­ra onun şe­ir­lə­ri­nin, bə­dii ir­si­nin təb­li­ği­nə bö­yük eh­ti­ya­cın ol­ma­sı­nı ön pla­na çək­di. O, M.Ara­zın döv­rün sə­nət zir­və­sin­də dur­du­ğu­nu fəxr­lə de­yir­di.

M.Araz Azər­bay­can klas­sik poe­zi­ya­sı­nın ta­ri­xin­də hə­lə ki Hü­seyn Ca­vid­dən son­ra hələlik so­nun­cu məf­ku­rə şai­ri ki­mi ta­ri­xə ya­zıl­dı.

M.Araz sə­mi­miy­yə­ti min il­lər son­ra be­lə bü­tün ədə­bi fi­kir adam­la­rı­na is­te­dad­la­rı­nı ifa­də et­mək­də ör­nək ola­caq.