Gülnar Ümid - Bilirsən necə olur ?

Ədəbiyyat 13:45 / 14.01.2026 Baxış sayı: 1686

Bilirsən necə olur ?

çox pis olur gecələr...

asılıb aydan hər gün,

baxıram yollarına.

 

Qaranlıq küçələrdə

veyil-veyil gəzirsən,

sığdırıb darıxmağı

ayaqqabı içinə

o ki var gəzdirirsən..

 

Axı ay ömrüm günüm,

mən ki, uzaq deyiləm.

İndi bax göy üzünə,

baxdığın göy üzündə

həm sənin baxmağın var,

həm mənim darıxmağım..