"Fürsət düşən kimi Putin Ərdoğanla görüşəcək"

DÜNYA 12:53 / 07.06.2024 Baxış sayı: 2491

Rusiya prezidenti Vladimir Putin ən qısa zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Yenises.az  rusiya  mətbuatına  istinadən  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin Moskva ilə Ankara arasında münasibətlərin korlanması ilə bağlı təəssüratları səhv adlandırıb. Kreml nümayəndəsi vurğulayıb ki, ölkələrimiz mövcud məsələlər üzrə dialoqu davam etdirir.