FHN-nin amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO

Maraqli 09:58 / 30.09.2024 Baxış sayı: 869

Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Yenises.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.