Fərhad Tapdıqoğlu -  Məzəli əhvalatlar-4

YAZARLAR 14:13 / 11.10.2025 Baxış sayı: 1821

 

( dodaqqaçdı)

=1=

Yaxın qohumum ailə həyatı qurandan bir neçə gün sonra evlərinə qonaq

gəlir.Qaynanası gəlinə deyir:

--Ay gəlin ,çaydanı su ilə

doldur qoy qazın üstünə qaynasın.

Gəlin elə də edir.

Bir azdan görürlər ki,çaydanın lüləyindən alov çıxır.

Hamı təəssüblənir.Su qaynayanda niyə alov çıxmalıdır ki?!

Qazı söndürürlər...

Sən demə gəlin çaydanı dolduranda su qabı ilə ağ neft qabını səhv salıbmış.

Çaydanda qaynayan ağ neft imiş...)))

=2=

Qaynana təzə gəlinə deyir:

---A bala, samovarı qaynat ,bir samovar çayı içək.

Gəlin samovara od salır ,samovar qaynamır ki,qaynamır.

Gəlin otağa daxil olub qaynanasına deyir:

--Ay ana,samovara bir heylə od salmışam,amma samovar qaynamır.Bilmirəm , niyə qaynamır.

Qaynana:

---Ay gəlin ,nətər qaynamır ee?- deyərək ,otaqdan çıxıb ,samovara baxır.

Samovar qıpqırmızı idi.

Gəlin samovara su tökməyi unutmuşdu...)))

=3=

Təzə gəlin nə illah eləyirlərsə ,ər evində çörək yemir.

Artıq toydan iki gün keçirdi.

Qaynana dillənir:

---Ay gəlin,nooluf bizim yeməkləri bəyənmirsən?

Bala,onsuz da bu gündən xörəkləri sən özün bişirəcəksən.

Gəlin:

--Yox ay ana,niyə bəyənmirəm ki?! Bilirsən, toy günü, səhər- səhər dədəmgildə göbələk yemişəm.Dadlı idi.İstəmirəm göbələyin dadı qaçsın.)))