Fərhad Tapdıqoğlu- Düşüncələr
=1=
Ən təmiz işıq pəncərədən süzülən işıqdır.
Çünki pəncərənin şüşələri onu süzür,çikli işıq zərrəcikləri bayırda qalır, təmizləri içəri keçir...
=2=
Gegəyarısı otağımın pəncərəsindən süzülən ən saf,ən təmiz işığın işığında xəyallarım işıq sürəti ilə saf uşaqlıq illərimə uçdu...
=3=
İnsan dünyaya göz açandan ömrünün sonuna qədər işığa doğru yol gedir.
İşıq varsa,gözəl əhval -ruhiyyə var.
İşıq olanda çöhrələrdə təbəssüm olur,gülüş olur.
Bu işıq birinci növbədə insanların ürəyində olarsa,əla olar!
Mən hamıya bir dünya işıq arzulayıram.
Üzünüzə açılan səhərlər hər zaman Sizi işıqla ,nurla görüşdürsün.
=4=
Xeyir uğurdur,xeyir səadətdir.
"Xeyirxahlıq- insanın daxilindəki Günəşdir ."
Xeyirxahlıq -insanın ömür yolundakı işıqdır,mayakdır.
İnsanın ömrünü mənalı edən ,onu hörmətli edən ,gözəl əhval-ruhiyyə yaradan xeyirxahlığıdır .
Xeyirxah olmaq- gözəl əməllər daşıyıcısı olmaqdır.
Ulu Tanrı hər bir kəsi xeyirxah əməlləri ilə gözəl illərə çatdırsın .
=5=
Mən işığı görən anda hər səhər,
Üzür məni içdən gələn bir qəhər.
Keçən günü yaşamışam birtəhər,
Dünən keçdi,sabaha da zaman var,
İndimizə dəyər verək ,a dostlar.
Fərhad Tapdıqoğlu