Əbülfət Mədətoğlu - Ulduzlar məclisinə...
Ədəbiyyat
09:10 / 15.06.2026
Baxış sayı: 526
Bu gecə Ay görünmür
Yəqin işdən yayınıb...
Onun bu "yayınması" -
Fərarilik sayılıb! -
Ulduzlar məclisində...
Nə bulud var, nə duman
Nə də zülmət qaranlıq..
Ayın bu hərəkəti-
Bəlkə də bir tiranlıq -
Ulduzlar məclisində....
Dan yerinin şəfəqi
Üfiq arası gəlir...
Bu gecədən sabaha -
Ayın parası gəlir
Ulduzlar məclisinə...