Kəmalə  Abiyeva    : - ALDADILAN QADIN,  ALDANAN QADIN 

Ədəbiyyat 09:31 / 15.06.2026 Baxış sayı: 537

 

Həyat gözlərində dönər damlaya,

Aldanan qadının ürəyi gülməz.

Həyat gözlərindən düşər damla tək,

Səpilər, dağılar, yeri bilinməz.

 

Ömür yollarında kölgəyə dönər,

Sürünər, özünü daşıya bilməz.

Aldadılan qadın, aldanan qadın

Daha ümidlərlə yaşaya bilməz.

 

Öz ürəyi boyda bir daşa dönər

Aldadılan qadın, aldanan qadın.

Bir kərə ölməz ki, hər günlə ölər

Aldadılan qadın, aldanan qadın...

 

Ölümlə yanaşı yeriyər sanki

Aldadılan qadın, aldanan qadın.

Aldatmaq, aldanmaq çətin deyil ki...

Sevməsəz də onu qatil olmayın.