Elnur Uğur - Bacardıqca sev, yaşa...
Ədəbiyyat
08:40 / 15.06.2026
Baxış sayı: 579
Bacardıqca sev, yaşa,
Ömrün eşqə bürünsün!
Sev artsın sevən sayı,
Dünya gözəl görünsün!
Sevənlərdir,sevənlər,
Dünyanın yaraşığı.
Sevənlər hörmətınə,
Sönmür haqqın işığı.
Bir sevən varsa yerdə,
Yaşamağa dəyərmiş.
Dünyanın boyu,Vallah,
Sevgin boyu qədərmiş.
Sevirsən, haqdan gəlir,
Nəfəsin,səsin elə.
Səsin haqdan gəlirsə,
Bəsimdir,bəsin elə.