Faiq Balabəyli - Göydən üç alma düşdü...

Ədəbiyyat 08:27 / 08.08.2025 Baxış sayı: 2510

Göydən üç alma düşdü...

Anam hər nağıl sonu

bizə belə deyərdi.

Bizsə doqquz uşaqdıq...

 

Anam o üç almanı

Aramızda bölərdi.

Sonra o almaları

Sonbeşik əkizlərə

Dilim-dilim verərdi.

Hamımız sevinirdik

Anamdan incimirdik...