Əşrəf Veysəlli - YANINDA

Ədəbiyyat 10:50 / 20.01.2026 Baxış sayı: 1613

 

“Qara kəhriz” qara günə qalıbmı,

Susuzluqdan solan olub yanında.

Zəncirində gaxaclaşıb itimiz,

Yurd- yuvamız talan olub yanında.

 

Qollarında nə hey qalıb, nə təpər,

Yağan yağış yanan kəndə su səpər…

Niyə ölüb yerə girmir bu çəpər,

Gör nə qədər ölən olub yanında.

 

Hansı namərd rüxsət verıb o gecə,

Yağılara fürsət verib o gecə?!

Tanrım bizə bir dərd verib o gecə,

Bütün dərdlər yalan olub yanında.

1992-ci il.