Əşrəf Veysəlli : - “ SARI BÜLBÜL”

Ədəbiyyat 08:40 / 15.05.2025 Baxış sayı: 1180

 

Yar könlünü verdi xara,

Qəlbimizi çəkdi dara.

Mənim günüm oldu qara,

Sənin köksün sarı, bülbül

 

Ürəyimdə gül açdı qəm,

Dodağımda dil açdı qəm.

Mən gözləri neyləyirəm

Görməyirsə yarı, bülbül.

 

Nəğmələrdir ruhun, canın

Dillərdədir adın- sanın.

Oxu, oxu!- tar çalanın

Yandı barmaqları, bülbül.

 

Sən hər işi bilə- bilə

Dərdimizi çəkdin zilə.

Ürəyimi nəğmən ilə

Gəl ovundur barı, bülbül.

 

Dilə-dişə düşdü adım,

İstəyimə necə çatım?

Mən yarımdan yarımadım,

Sən yarından yarı, bülbül.