Ən çox çevriliş cəhdinə məruz qalan hökumət bizik - Ərdoğan

DÜNYA 17:00 / 27.05.2024 Baxış sayı: 3408

Türkiyənin hazırkı hökuməti ölkə tarixində ən çox dövlət çevrilişi cəhdlərinə məruz qalıb.

Yenises.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 may 1960-cı il dövlət çevrilişinin ildönümünə həsr olunmuş Demokratiya və Azadlıq adasında keçirilən tədbirdə deyib.

Prezident xatırladıb ki, Türkiyə uzun illər iğtişaş və qeyri-sabitlik girdabından xilas ola bilməyib: “27 may 1960-cı il hadisələrindən sonra oxşar çevriliş cəhdləri hər 10 ildən bir təkrarlanırdı. Hər şey eyni ssenari üzrə təkrarlandı: küçə iğtişaşları, universitetlərdə etiraz aksiyaları, qəzetlərdə sifarişli yazılar. Türkiyə tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət bizik. Ancaq bütün bu cəhdlər uğursuz olub”.

Ölkə lideri yeni "vətəndaş konstitusiya"nın qəbul edilməsinin zəruriliyini bir daha vurğulayıb. Ərdoğan həmçinin parlamentdə keçiriləcək müzakirələr zamanı müxalifət partiyalarını yeni konstitusiyanın qəbul edilməsi məsələsini dəstəkləməyə çağırıb.