Paşinyan koronavirusa yoluxdu, Rusiyaya səfərini ləğv etdi

DÜNYA 10:07 / 25.12.2024 Baxış sayı: 638

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub və özünütəcrid sisteminə keçid edib.  

Yenises.az Adalet.az -a  istinadla  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.

Bildirilir ki, bu  səbəbdən Paşinyan  bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək.  Baş nazir həmçinin bildirib ki, günün sonuna kimi Aİİ-nin Ali İqtisadi Şurasının dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməmək barədə qərar verəcək.

MDB ölkələri liderlərinin Sankt-Peterburqda görüşü ənənəvi olaraq keçirilir. Paşinyan  sonuncu dəfə 2023-cü ildə orada iştirak edib.