Elşən Əzim : - Kirpiyin

Ədəbiyyat 22:02 / 13.08.2025 Baxış sayı: 1752

 

Kirpiyin üstünə qarmı ələndi,

Kirpiyin saldımı yük gözlərinə?

Kirpiyin fırçadır, taleyim qara,

Batır sürmə kimi çək gözlərinə.

 

Hicran səhralarda toz dağı oldu,

Həsrət ərimədi, duz dağı oldu.

Gözün kirpiyinin dustağı oldu,

Görünən mən oldum tək... gözlərinə.

 

Elşən daş misalı qayadan qopdu,

Sənə doğru gələn yolları tapdı.

Kirpiyin iynədi, yollarım sapdı,

Gəlməsəm, yolları tik gözlərinə.