Elşən Əzim - GÜNÜMÜZ, GÜZƏRANIMIZ BELƏDİR.

Ədəbiyyat 16:38 / 05.02.2026 Baxış sayı: 440

 

Gecə də yuxuda cədvəl görürəm,

Ömrümüz sığınıb cədvələ, bəh-bəh.

Votsap qrupuna cədvəl gələndə,

Düşür canımıza vəlvələ, bəh-bəh.

Yoxdu bu dünyada gün müəllimə,

Qarışıq yuxusu çin müəllimə.

Sektor mənə deyir, mən müəllimə,

Məktəbi tərpədir zəlzələ, bəh-bəh.

Cədvəl də nə cədvəl, yüz qrafada,

Oğlusan bu dərdə döz qrafada.

Əl "mişka"da qalır, göz qrafada,

Sütunlar yanbayan , silsilə, bəh-bəh.