Tanıyırsan şeirlərimdən - Şövkət Zərrin Horovlu.

Ədəbiyyat 11:50 / 04.02.2026 Baxış sayı: 537

 

Bir vaxt əllərimdən məni sevərdin,

Əlimə yaraşan gül gətirərdin.

Saçıma çiçəkdən sevgi hörərdin,

İndi tanıyırsan şeirlərimdən.

 

Gözüm özgəsini görmədi daha,

Əlim özgə gülün dərmədi , daha.

Özündən xəbərsiz batdın günaha ,

İndi tanıyırsan şeirlərimdən.

 

Bu sevgini mənə qandırdın nahaqq,

Könlümdə ilk şamı yandırdın nahaqq.

Sevən bir ürəyi sındırdın, nahaqq,

İndi tanıgırsan şeirlərimdən.

 

Zərif duyğularım dilə gələndə,

Nə misraya döndün,nə bircə bəndə.

O sevgi nağılı qaldı dünəndə,

İndi tanıyırsan şeirlərimdən.

 

İllərim bir sirrə ,sehirə döndü,

Qismətimin üzü xeyirə döndü.

Şövkərin sevgisi şeirə döndü,

İndi tanıyırsan şeirlərimdən.

 

Fransa Strasburq.