Xanım İsmayılqızı - Lap çoxdan olub...
Lap çoxdan olub...
Niyə düşdü yadıma?
Bir qapı açılmışdı
qaranlıq həyatıma.
Lap çoxdan olub...
Qışın üzü əyilmişdi.
Xoşbəxtliyimin əlləri,
Kədərin üzü keyimişdi.
Lap çoxdan olub...
Bələyini kəfən edib,
Basdırmışdım gözdən uzaq,
Zənn etmişdim ölüb gedib...
Lap çoxdan olub...
O zaman da qar yağırdı.
Pəncərənin o üzündən,
Bir adam mənə baxırdı...