Elnur Uğur : - Ustad şaır, Müzəffər Məzahimə
Ədəbiyyat
14:15 / 31.07.2025
Baxış sayı: 2672
Xəzərin coçqusu dinir sözündə,
Su kimi doğulub eşqi hürr adam!
Irsındən saflığı miras daşıyır,
İnsanlıq timsalı bu ləl, dürr adam!
Vətən yanğisıdir çəkdiyi hər ah,
Eşqindən aparır Allaha pənah.
Ruhuna paklığı bəxş edıb Allah,
Sən ey Ana Vətən, Ana Kür adam.
Şeirin Müzəffər Məzahim andı,
Haqqın dərgahında eşqlə sınandı.
Adam adamlığın rəmzi adamdı,
Zülmətə qənimdi, Elnur, nur adam.