Elnur Uğur : - Hər dəfə səni görəndə
Hər dəfə səni görəndə
Gözlərim təzə açılmış kimi olur.
Təzədən görürəm dünyanı.
Təzədən sevirəm dünyanı.
Və anlayıram sevmək təkrar vurulmaqdır,
Vurulmaq duru olmaqdır.
Həyatda heç nə sənin kimi duru deyil,
Su anbarlarının suyu belə.
Hər gün səni görmək
Tanrının müjdəsidi bəndəsinə.
Hər dəfə səni görəndə
Hiss edirəm varam,
Ömür səhifənin ilk hərfini hər dəfə
Səni görəndə yazıram.
Səni görməyində qəlbimdən qara qanlar axır,
Sənsən həyatın müjdəçisi axı.
Hər dəfə səni görəndə
Sonu qalibiyyət olur içimdəki mənlə güləşin.
Hər dəfə səni görəndə
Özümü daha çox sevirəm, Günəşim.